Mobil versiya
Binəli Yıldırım: Türk dövlətləri gələcəyə daha inamla irəliləyir
Tarix: 03-10-2024 | Saat: 12:41
Bölmə:Dünya | çapa göndər

Binəli Yıldırım:

Türk dövlətləri gələcəyə daha inamla irəliləyir.

aia.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Naxçıvan Sazişinin imzalanmasının 15-ci ildönümü ilə bağlı “X” hesabında yazıb.

O, Türk dövlətlərini təbrik edib: “Türk dövlətləri iqtisadiyyatdan infrastruktura, turizmdən gənclik və idmana qədər bir çox sahədə ortaq dil, mədəni və tarixi dəyərlərə malikdir”.

Qeyd edək ki, 2009-cu il oktyabrın 3-də Türkdilli ölkələrin dövlət başçılarının IX Zirvə Görüşündə iştirakçı dövlətlər - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran Naxçıvan Sazişi imzalanıb. Sənədin imzalanma tarixi - oktyabrın 3-ü Türkdilli Ölkələrin Əməkdaşlıq Günü elan edilib və hər il qeyd olunmaqdadır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-11-2024