Mobil versiya
Nazirlik COP29-la əlaqədar tədbirlər planı hazırladı
Tarix: 03-10-2024 | Saat: 12:01
Bölmə:Ölkə | çapa göndər

Nazirlik COP29-la əlaqədar tədbirlər planı hazırladı

Elm və Təhsil Nazirliyi COP29-la əlaqədar tədbirlər planı hazırlayıb.

aia.az xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov oktyabrın 3-də Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində təşkil olunan "İqlim keçidlərində ali təhsilin rolu" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, orta və ali məktəblərdə ekoloji şüur formalaşdırılmalıdır: "İnsan kapitalının ali təhsildə vacib rolunu nəzərə alsaq, iqlim maarifləndirməsində ali təhsilin trayektoriyasını genişləndirmək vacibdir".

F.Qurbanov bildirib ki, bu həftə təhsil müəssisələrində "Yaşıl həftə" elan olunub: "Seminarlarla şagirdlərdə və tələbələrdə mədəniyyətin formalaşdırılmasına çalışırıq".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə