Mobil versiya
"Bu, sağlamlıq və qida təchizatı üçün ciddi risklər yaradacaq" - Muxtar Babayev
Tarix: 02-10-2024 | Saat: 12:15
Bölmə:Gündəm | çapa göndər

"Bu, sağlamlıq və qida təchizatı üçün ciddi risklər yaradacaq" -

İqlim dəyişikliyi yalnız ekoloji məsələ deyil, həm də ədalət və bərabərliyə yönələn çağırışdır.

aia.az xəbər verir ki, bu barədə ekologiya və təbii sərvətlər naziri, COP29 prezidenti Muxtar Babayev Ombudsmanların Beynəlxalq Bakı Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, iqlim dəyişikliyinə qarşı tədbirlər görülməsə su qıtlığı, hava şəraitinin dəyişməsi uzunmüddətli fəsadlar törədə bilər.

“Əgər tempratur daha da artarsa, bu, sağlamlıq, qida təchizatı üçün ciddi risklər yaradacaq. Bu həddin keçməsi quraqlıqlarım artmasıma və biomüxtəlifliyə ziyam vuracaq.

Azərbaycanda da iqlim dəyişikliyi kənd təsərrüfatına ciddi ziyam vurur. İsti və quru küləklərin sayı 14 dəfə artıb. Dolu hadisələrin sayı isə 3 dəfədən çox artıb. Azərbaycanda su ehtiyyatları 15 faiz azalıb. Son illərdə Xəzər dənizinin səviyyəsi də ciddi şəkildə azalır”,- deyə M.Babayev bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-10-2024