Mobil versiya
Deputat: “Tezliklə Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik”
Tarix: 01-10-2024 | Saat: 18:30
Bölmə:Siyasət | çapa göndər

Deputat: “Tezliklə Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik”

“Ermənistan rəhbərliyi cənab prezident İlham Əliyevin Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxşından nəticə çıxarmalı və xalqı üçün ən doğru addım olan sülh müqaviləsini imzalamalıdır”.

Bunu Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, bilirsiniz ki, Aşıq Ələsgər ömür boyu Azərbaycanın qədim torpağı olan Göyçə mahalında yaşayıb və yaradıb:

“Amma o, 97 yaşında öz doğma torpaqlarını tərk etməyə məcburiyyətində qalıb. 1970-ci illərdə Ulu Öndərin təşəbbüsü ilə 150 illik yubileyi qeyd edilmiş və Ağkilsə kəndində onun abidəsi ucaldılıb. Xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalanda erməni vandalları tərəfindən bütün abidələr kimi onun abidəsi də dağıdılıb. Erməni vandalları 30 ilə yaxın işğal dövründə Qarabağda, Şərqi Zəngəzurda tarixi abidələrimiz, məscidlərimiz, saraylarımız, qəbiristanlıqlarımızı yerlə-yeksan edib, müxtəlif vəhşiliklər törədiblər”.

Deputat vurğulayıb ki, “Böyük Qayıdış”a dair Dövlət Proqramı çərçivəsində erməni vandalları tərəfindən dağıdılan yaşayış məntəqələsi, dini, tarixi, mədəni abidələr, məscidlər yenidən bərpa edilir:

“Böyük Qayıdış Proqramı bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Burada ən müasir şəhərsalma nümunələri istifadə edilir, “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. “Böyük Qayıdış” proqramı çərçivəsində köç karvanları ard-arda yola salınır. Cənab prezident İlham Əliyevin qeyd etdiyi kimi heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırla. Bu il Şuşada, Laçında, Xankəndidə, Xocalıda, Füzulidə uşaqlar məktəbə gedirlər”.

Deputat söyləyib ki, tezliklə Qərbi Azərbaycana qayıdış dövründə də görəcəyik:

“Qərbi Azərbaycandan olan soydaşlarımızın övladları da eyni hissləri yaşayacaq və öz doğma torpaqlarında məktəbə gedəcəklər. Hər şey bizim əlimizdədir. Necə ki, biz 30 il ərzində Qarabağımıza qovuşacağımıza əminiydik. Elə də oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu torpaqlarımızı işağldan azad etdi. 44 günlük Vətən müharibəsində ordumuzun göstərdiyi şücaət 1 günlük antı-terror əməliyyatları zamanı da davam etdirildi. Bu gün üçrəngli bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində – Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır. Əminəm ki, tezliklə Qərbi azərbaycanlılar da sevinc və böyük coşqu ilə öz doğma yurdlarına qayıdacaqlar”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-11-2024