Mobil versiya
“Soydaşlarımız arasında Azərbaycan dilinin təbliği” layihəsinin icrası ilə bağlı tədbir keçirib -Fotolar
Tarix: 30-09-2024 | Saat: 15:22
Bölmə:Ölkə | çapa göndər

“Soydaşlarımız arasında Azərbaycan dilinin təbliği” layihəsinin icrası ilə bağlı tədbir keçirib

aia.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Dünya Azərbaycanlılarının Vətənpərvərləri ictimai birliyi “Soydaşlarımız arasında Azərbaycan dilinin təbliği” layihəsinin icrası ilə bağlı tədbir keçirib.

Ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın işğaldan azad olunması missiyasını həyata keçirərkən haqq dünyasına qovuşan Şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edildikdən və himnimiz səsləndirildikdən sonra layihə rəhbəri Nəsimi Qarabağlı tədbiri açıq elan etdi. Tədbir iştirakçılarına layihənin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirildiyi, layihə haqqında və Dünya Azərbaycanlılarının Vətənpərvərləri ictimai birliyinin fəaliyyəti haqqında geniş məlumat verildi.

Daha sonra Qərbi Kaspi Universitetinin “Filologiya və tərcümə” məktəbinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Adilə Əsədovaya söz verildi. A. Əsədova dilimizin təbliği və tətbiqi ilə bağlı danışdı. Növbəti çıxış Qərbi Kaspi Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” kafedrasının müəllimi Solmaz Ələsgərova anadilli ədəbiyyatımızın təşəkkül və inkişafı, müasir ədəbiyyatda dilimizin təbliği ilə bağlı məlumat verdi. Layihə çərçivəsində “Zəfər dili” çarxı nümayiş etdirildi. Daha sonra bu çarxın redaktoru Büllur Məmmədova tələbələrin fikrini öyrənmək üçün auditoriyaya suallarla müraciət etdi. Tələbələr dilimizin təbliği barədə suallara öz münasibətlərini bildirdilər. Tədbirin sonunda DAVİB-prezidenti Nəsimi Qarabağlı layihənin həyata keçirilməsinə maliyyə dəstəyi verdiyinə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Qərbi-Kaspi Universitetinin rəhbərliyinə minnətdarlığını bildirdi.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024