Mobil versiya
Kamran Əliyev Gürcüstanın Baş prokuroru ilə görüşüb
Tarix: 30-09-2024 | Saat: 13:31
Bölmə:Siyasət / Manşet | çapa göndər

Kamran Əliyev Gürcüstanın Baş prokuroru ilə görüşüb

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) paytaxtda keçirilən 29-cu İllik Konfransında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Baş Prokurorluqdan aia.az-a verilən xəbərə görə, bu gün Baş prokuror Kamran Əliyev Gürcüstanın Baş prokuroru Giorgi Qabitaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Kamran Əliyev ölkələrimiz arasında zəngin tarixi və mədəni irsə köklənən mehriban dostluq və qardaşlıq münasibətlərinin mövcudluğunu vurğulamaqla bu münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslanan qurumlararası əməkdaşlığın inkişafına töhfə verdiyini qeyd edib.

Baş prokuror Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Tbilisidə keçirilən 27-ci İllik Konfransı və Ümumi Yığıncağında iştirakı zamanı keçirilmiş görüşlərin iki ölkənin prokurorluq orqanları arasında əməkdaşlığın inkişafına müsbət təsir etdiyini vurğulayaraq bildirib ki, BPA-nın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının Bakıda keçirilməsi mövcud münasibətləri daha da gücləndirəcəkdir.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror COP29-un dünyanın qorunmasına, qlobal problemlərin müzakirəsi və həlli yollarının araşdırılmasına böyük töhfə verəcəyini bildirib.

Gürcüstanın Baş prokuroru Giorgi Qabitaşvili səmimi qəbula görə minnətdarlığını ifadə edərək prokurorluq orqanlarında həyata keçirilən islahatları və iki ölkənin prokurorluq orqanları arasında mövcud əlaqələri yüksək qiymətləndirib.

Daha sonra Kamran Əliyev Gürcüstanın Baş prokurorunu cari il noyabrın 15-də BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi ilə birlikdə (UNODC) Bakıda keçiriləcək yüksək səviyyəli plenar iclasına dəvət edib.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024