Azərbaycan müsbət reallıqlara malik ölkəyə çevrilib
Tarix: 30-09-2024 | Saat: 17:23
Bölmə:Siyasət | çapa göndər
Bu gün bütün dünyada çox az sayda ölkələr var ki, iqtisadiyyatlarının inkişafında Azərbaycanda olduğu kimi inkişaf müşahidə olunur. Xüsusilə son illər ərzində ölkəmiz qlobal miqyasda müşahidə edilən mənfi tendensiyalara baxmayaraq, iqtisadi potensialını davamlı şəkildə artırmağa nail olub. Ümumiyyətlə, Azərbaycanın son illər ərzində iqtisadi sahədə əldə etdiyi uğurlar böyük tarixi nailiyyətlərdir. Cənab Prezident İlham Əliyevin öz çıxışlarında vurğuladığı kimi, bu, Azərbaycanda aparılan iqtisadi islahatların və iqtisadi sahəyə verilən xüsusi diqqətin nəticəsidir. İqtisadi müstəqilliyin təmin olunması Azərbaycanın siyasi müstəqilliyi üçün fundamental amil rolunda çıxış edir
Dünya təcrübəsindən də bəlli olduğu kimi, hər bir ölkənin real müstəqilliyinin arxasında ilk növbədə iqtisadiyyat amili dayanır. Milli iqtisadiyyatı çökən ölkələrin müstəqilliyi də formal xarakter daşıyır. Azərbaycanda isə son illər milli iqtisadiyyat əhəmiyyətli dərəcədə genişlənib. Biz bunu iqtisadi məsələlərə həsr olunmuş müşavirədə cənab Prezidentin çıxışında təqdim olunan açıqlamalarda daha aydın gördük. Cənab Prezident bildirdi ki, bu ilin əvvəlindən iqtisadi inkişaf gözlənilən səviyyədədir: “İlin əvvəlində mən bu ilin iqtisadi sahədə uğurlu olub-olmaması haqqında danışanda qeyd etmişdim ki, tam əminəm, bu il iqtisadiyyatımız üçün uğurlu olacaq. İlin əvvəlindən əldə edilmiş nəticələr və iqtisadi göstəricilər mənim sözlərimi təsdiqləyir. İqtisadi artım 4,3 faiz təşkil edib. Bugünkü dünyada gedən prosesləri təhlil edərkən və ümumiyyətlə, geosiyasi vəziyyətə nəzər saldıqda deyə bilərəm ki, bu, çox müsbət göstəricidir. İqtisadi inkişaf templəri inkişaf etmiş bir çox ölkələrdə olan iqtisadi inkişaf templərini üstələyir. Xüsusi əhəmiyyət daşıyan məqam ondan ibarətdir ki, qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir.” Əlbəttə ki, bu, olduqca qürurverici haldır. Deməli, ölkədə iqtisad siyasət düzgün aparılır və nəticə etibarı ilə uğurlara imza atırıq. Ölkə həm transmilli şirkətlərlə qarşılıqlı maraqlara əsaslanan sıx əməkdaşlıq sayəsində zəngin karbohidrogen ehtiyatlarının işlənməsi və ixracında, eləcə də güclü emal sənayesinin qurulmasında, həm də neftdənkənar, elm tutumlu, innovativ iqtisadiyyat quruculuğunda böyük uğurlara imza atıb. Artıq Azərbaycan özünün enerji müstəqilliyini tam təmin edib, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayır. Qürur hissi ilə vurğulamaq yerinə düşər ki, qısa müstəqillik tarixində Azərbaycan azsaylı üzvlərə malik dünya kosmos ailəsinin tərkibinə daxil olub. Hazırda respublikamızın iki peyki uğurla istismar olunur və daha bir peykimizin orbitə çıxardılmasına hazırlıq görülür.
İqtisadi müstəqilliyin təmin olunması Azərbaycanın imkanlarını əhəmiyyətli dərəcədə genişləndirib. Bu gün Azərbaycan çox müsbət reallıqlara malik bir ölkəyə çevrilib. İqtisadi müstəqilliyinin təmin olunması ölkəmizin siyasi müstəqilliyinə, beynəlxalq miqyasda nüfuzunun artmasına müsbət təsir göstərib. Qısa müstəqillik tarixində respublikamız regional və qlobal miqyasda gedən proseslərə təsir göstərmək iqtidarında olan güclü dövlətə çevrilib. Bu gün Azərbaycan dünyada milli maraqlarının keşiyində qətiyyətlə dayanan, öz hesabına yaşayan ləyaqətli ölkə kimi tanınır və heç bir xarici güc ölkəmizlə diktat dili ilə danışa bilməz.
Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəal üzvü.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-11-2024
13:39 SAKİT İLKİN-65