Mobil versiya
Türkiyə MİT-in nöqtə əməliyyatı - Lokman İsmail öldürüldü
Tarix: 30-09-2024 | Saat: 11:19
Bölmə:Karusel / Dünya | çapa göndər

Türkiyə MİT-in nöqtə əməliyyatı -

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (Milli İstihbarat Teşkilatı - MİT) İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK terror qruplaşmasının sözdə rəhbərlərindən biri Lokman İsmail öldürülüb.

aia.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, 30 il ərzində PKK/KCK daxilində fəaliyyət göstərən terrorist Lokman İsmail tam dəqiq atəşlə zərərsizləşdirilib.

PKK/KCK-lı Lokman İsmail 2015-2016-cı illərdə Şırnakda baş verən xəndək-barikat hadisələrində Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı hücumları təşkil edən şəxs idi.

Bundan əlavə, 2019-cu ildə Adana/Seyhanda Suriya vətəndaşları tərəfindən iki avtomobilə qarşı həyata keçirilən bombalı hücumun əmrini verən də yenə Lokman İsmail idi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-09-2024