Ana Sayfa > Karusel / Dünya > Türkiyə MİT-in nöqtə əməliyyatı -
Türkiyə MİT-in nöqtə əməliyyatı -30-09-2024, 11:19. Yazar: sevinc1 |
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (Milli İstihbarat Teşkilatı - MİT) İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK terror qruplaşmasının sözdə rəhbərlərindən biri Lokman İsmail öldürülüb. aia.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb. Bildirilib ki, 30 il ərzində PKK/KCK daxilində fəaliyyət göstərən terrorist Lokman İsmail tam dəqiq atəşlə zərərsizləşdirilib. PKK/KCK-lı Lokman İsmail 2015-2016-cı illərdə Şırnakda baş verən xəndək-barikat hadisələrində Türkiyə təhlükəsizlik qüvvələrinə qarşı hücumları təşkil edən şəxs idi. Bundan əlavə, 2019-cu ildə Adana/Seyhanda Suriya vətəndaşları tərəfindən iki avtomobilə qarşı həyata keçirilən bombalı hücumun əmrini verən də yenə Lokman İsmail idi. aia.az Geri dön |