“Tunel” tarixi romanının təqdimat mərasimi keçirilib -Fotolar
Tarix: 29-09-2024 | Saat: 15:15
Bölmə:Ölkə | çapa göndər
Bu gün LIBRAFF Kitab evində Əməkdar jurnalist, yazıçı Yunis Orucovun “Tunel” adlı tarixi romanının təqdimat mərasimi keçirilib.
aia.az xəbər verir ki, , təqdimatda yazarın qələm dostları, yaxınları, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri və oxucular iştirak edib.
Kitab 1993-cü il martın 31-də Kəlbəcərdə baş vermiş tunel qətliamına həsr edilib. Romanda qətliam zamanı bütün ailəsi gözləri önündə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən, özləri isə girov düşən bacı-qardaşın yaşadıqlarından bəhs olunur.
Əməkdar jurnalist Firuzə Nadirin moderatorluğu ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İlk olaraq söz Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun icraçı direktoru Pərviz Əmirova verilib. O, Azərbaycan xalqının yaşadığı faciələrin hələ də unudulmadığını, unudulmamalı olduğunu vurğulayıb və xalqımızın çəkdiyi acıların qəhrəman ordumuz tərəfindən sona çatdığını qürurla qeyd edib. Pərviz Əmirov əsərin məhz bu faciələri əks etdirmək baxımından əhəmiyyətli olduğunu bildirib.
Daha sonra söz MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğluna verilib. O, kitabın tariximizi və xalqımızın yaşadığı acıları göstərmək baxımından müstəsna olduğunu deyib. Kitabın ifadə etdiyi hiss və həyəcanı, ideoloji mesajı, həmçinin ümidlərin bir gün mütləq reallığa çevrilməsini aydın şəkildə göstərdiyi üçün müəllifə təşəkkür edib.
Sonra söz kitabın qəhrəmanı Yeganə İbrahimovaya verilib. Yeganə xanım faciənin baş verdiyi günləri göz yaşları ilə xatırlayıb, girovluqda yaşadığı və şahid olduğu qəddarlıqları bölüşüb. O həmçinin torpaqlarımızın azad edilməsi və didərgin düşənlərin ana yurdlarına yenidən qovuşmalarından yaranan hislərini iştirakçılarla paylaşıb.
Söz tən Müharibəsi Qəhrəmanı, şəhidimiz Dünyamin Tağızadənin anası Quliyeva Ziyafətə verilib. O, övladının qəhrəmanlıqlarından danışıb, onun vətəninə, millətinə necə dərin sevgi ilə bağlı olması haqqında xatirələrini bölüşüb. Həmçinin bütün şəhidlərimizi yad edərək onlara Allahdan rəhmət diləyib.
Daha sonra qazilərimiz və digər şəhid ailələri söz alıb, öz yaşadıqları və şahid olduqları hadisələri bölüşüblər.
Son olaraq çıxış edən ilahiyyatçı Ağa Hacıbəyli tədbirin təşkilatçılarına və yazara təşəkkür edib. O, Azərbaycan tarixindən və yaşadığımız faciələrdən bəhs edən bu kimi kitabların yazılmasının vacibliyini qeyd edib. Vətən və torpağın müqəddəsliyindən söz açan natiq xalqımıza faciəsiz, xoşbəxt gələcək arzulayıb.
Sonda oxucular yazarın imza mərasiminə qatılıb.
Qeyd edək ki, kitab MİMTA Fondunun layihəsi əsasında MİMTA Yayımları tərəfindən çap edilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-12-2024