Mobil versiya
Sosial-İqtisadi Kollecdə Beynəlxalq Müəllimlər Günü qeyd edildi -Fotolar
Tarix: 04-10-2024 | Saat: 15:51
Bölmə:Özəl / Təhsil | çapa göndər

Sosial-İqtisadi Kollecdə Beynəlxalq Müəllimlər Günü qeyd edildi

UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs insaların - müəllimlərin peşə bayramı günü kimi qeyd olunub.
 
Bu barədə aia.az-a UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdən məlumat verilib

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə tələbələr həyatını bu şərəfli peşəyə həsr edən, fədakar, xalqına, millətinə sədaqətli müəllimləri təbrik edərək, hazırladıqları səhnəcikləri,şeir və musiqi ifalarını nümayiş etdiriblər.

Tədbirdə müəllim heyətini təbrik edən Kollecin tədris işləri üzrə direktor müavini Xanım Məmmədova müəllimlik peşəsinin nüfuzundan və əhəmiyyətindən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin pedaqoji fəaliyyətə böyük qayğı və diqqətindən danışıb.

Kollecin direktoru Şəhriyar Laçınov da gənc nəslin təlim və tərbiyəsində müəllimlərin əvəzsiz rolundan, təhsil işçilərinə göstərilən hərtərəfli dövlət qayğısından söz açıb, onları təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda Kollecin bir qrup müəllimi Fəxri Fərmanla təltif olunub.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-10-2024