Mobil versiya
İtaliya bankı Rusiyadakı mövcudluğunun azaldılmasını dayandırmağı xahiş edib
Tarix: 01-07-2024 | Saat: 18:48
Bölmə:Özəl | çapa göndər

İtaliya bankı Rusiyadakı mövcudluğunun azaldılmasını dayandırmağı xahiş edib

İtaliyanın UniCredit SpA bankı Avropa Ümumi Yurisdiksiya Məhkəməsindən Rusiyadakı mövcudluğunun azaldılması prosesini dayandırmağı xahiş edib. Bu barədə “İnterfaks” xəbər verir.

Qeyd olunur ki, “UniCredit” bundan əvvəl Avropa Mərkəzi Bankının Rusiyadakı mövcudluğunun azaldılması tələbi ilə bağlı da məhkəməyə aydınlıq gətirməsini istəyib. Bu dəqiqləşdirmələr alınana qədər bank bu tələblərin icrasını dondurmaq istəyir. Eyni zamanda, UniCredit əlavə edib ki, bank Rusiyada olması ilə bağlı Avropa Məhkəməsinin mövqeyini bölüşür.
“UniCredit Rusiyadakı mövcudluğunu azaltmaq üçün bir sıra strategiyalar hazırlayıb, bunun nəticəsində transsərhəd risklərin həcmi 91%, ölkə riskləri isə 65% azalıb. Bu faktlar sübut edir ki, UniCredit Rusiyadakı mövcudluğunun azaldılmasının vacibliyi ilə bağlı ECB-nin fikrini tamamilə bölüşür”, - bank bildirib.
Bundan əvvəl Avropa Mərkəzi Bankı Aİ büdcəsinin sabitliyinə əsas təhdidlərin adını çəkib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-07-2024