Mobil versiya
Seçkiqabağı təşviqatın vaxtı AÇIQLANDI
Tarix: 29-06-2024 | Saat: 16:42
Bölmə:Karusel / Siyasət | çapa göndər

Seçkiqabağı təşviqatın vaxtı

Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqata nə zaman başlanacağı məlum olub.

aia.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda əksini tapıb.

Qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, səlahiyyətli nümayəndələri seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlamalı və səsvermənin başlanmasına 24 saat qalmış dayandırmalıdırlar.

Növbədənkənar parlament seçkilərində seçkiqabağı təşviqatın aparılmasına 9 avqustda başlanacaq, 31 avqust saat 8:00-da seçkiqabağı təşviqat dayandırılacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-07-2024