Mobil versiya
Türkiyədən İrana ÇAĞIRIŞ - PKK-ya silah tədarükünü DAYANDIRIN
Tarix: 01-07-2024 | Saat: 12:19
Bölmə:Manşet / Dünya | çapa göndər

Türkiyədən İrana ÇAĞIRIŞ -

Türkiyə İrandan PKK terror təşkilatına silah tədarükünü dayandırmağı və silahlı qruplaşmalara qarşı Ankaranın hərbi əməliyyatına müdaxilə etməməyi tələb edib.

aia.az xəbər verir ki, bu barədə "Yeni Şafak" qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Ötən həftə Türkiyə ilə İran arasında Süleymaniyyədə (İraq) görüş baş tutub. İclasda Türkiyə Xarici İşlər Nazirliyinin və təhlükəsizlik qüvvələrinin nümayəndələri iştirak ediblər. İrandan PKK-ya silah tədarükünün dayandırılması tələb edilib və terror təşkilatına qarşı mübarizədə əməkdaşlıq təklif edilib”, - məlumatda qeyd edilib.

Bildirilib ki, fotofaktlar, eləcə də İranın sərhəd bölgəsində terrorçuları Türkiyə ərazisinə dəfələrlə köçürdüyünü təsdiq edən sənədlər təqdim edilib. Türkiyə tərəfi İrandan bu transferlərdən imtina etməyi tələb edib.

İran tərəfi öz növbəsində PKK-ya heç bir silah tədarükü etmədiklərini bəyan edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024