Mobil versiya
AZƏRBAYCAN-ALMANİYA ƏLAQƏLƏRİ YÜKSƏLƏN XƏTLƏ İNKİŞAF EDİR!
Tarix: 29-04-2024 | Saat: 16:22
Bölmə:Özəl | çapa göndər

AZƏRBAYCAN-ALMANİYA ƏLAQƏLƏRİ YÜKSƏLƏN XƏTLƏ İNKİŞAF EDİR!

Azərbaycan Avropa Birliyinə daxil olan bütün dövlətlərlə inkişaf etmiş ikitərəfli əlaqələrə malikdir. İkitərəfli əlaqələrin yüksək səviyyədə olduğu ölkələr arasında ilk sıralarda Almaniya dayanır. Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin 12 yanvarında tanıyıb. Azərbaycan ilə Almaniya arasında diplomatik münasibətlər 1992-ci ilin 20 fevralında qurulub. 2 sentyabr 1992-ci ildə Azərbaycanın Almaniyada səfirliyi, 22 sentyabr 1992-ci ildə Almaniyanın Azərbaycandakı səfirliyi açılıb. Diplomatik münasibətlərin yaranmasından sonra Azərbaycan və Almaniya arasında əlaqələr mütəmadi olaraq inkişaf edib. Cənab Prezident İlham Əliyevin Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində müzakirələrə dəvət olunması Azərbaycana olan dərin etimad, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizəyə verdiyi fəal dəstək, həmçinin dövlətimizin başçısının yüksək nüfuzundan irəli gəlir. Son dərəcə gərgin və mürəkkəb proseslərin getdiyi bir dönəmdə də bu etibarlılıq qorunub saxlanılır. Bunun səbəblərindən biri də müstəqil Azərbaycanın çoxşaxəli, balanslaşdırılmış və ədalət üzərində qurulan xarici siyasət yürütməsidir. Əminliklə demək mümkündür ki, Azərbaycanın Avropa, Asiya, Afrika, Amerika ölkələri ilə əlaqələri dinamik inkişaf etdirilir. Səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq istər ikitərəfli münasibətlərdə, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində özünü göstərir. Azərbaycanın dünya dövlətləri tərəfindən etibarlı tərəfdaş kimi tanınması, artan nüfuzu, regionda sülhün və təhlükəsizliyin təmin olunması, eləcə də qlobal problemlərin həlli istiqamətində yürütdüyü siyasət Prezident İlham Əliyevin qətiyyətli mövqeyinin və siyasi iradəsinin nəticəsidir. Neft-qaz ölkəsi olan Azərbaycan Almaniya üçün vacib tərəfdaşdır və dövlətimizin xarici siyasətində Avropa İttifaqı ölkələri ilə əlaqələrin üstünlük təşkil etdiyini də deyə bilərik. Avropa İttifaqının üzvü olan 9 ölkə ilə münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir.
Azərbaycanla əlaqələri yüksələn xətlə inkişaf edən Avropa dövlətlərindən biri də Almaniyadır. İki ölkə arasında qarşılıqlı münasibətlərin əsası XIX əsrin ikinci yarısına təsadüf edir. Almaniya Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb və həmin ilin fevralında isə iki ölkə arasında diplomatik münasibətlər qurulub. Dövlətimizin başçısı iştirak və çıxış etdiyi bütün beynəlxalq platformalardan Azərbaycanın milli maraqlarını, haqq səsini dünyaya çatdırır. Almaniyada təşkil edilən “15-ci Petersberq İqlim Dialoqu” tədbirində də Azərbaycan Prezidenti digər məsələlərlə birgə, Ermənistanla normallaşma prosesindən, sülh maraqlarından və digər məsələlərdən danışıb. Ermənistanla Azərbaycan arasında gedən danışıq prosesinin nəticəsi olaraq, sərhədlərin delimitasiyası və demarkasiyasının başlandığını, anklav olmayan 4 Azərbaycan kəndinin qaytarıldığını, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin öz fəaliyyətini dayandırdığını bildirən Azərbaycan Prezidenti sülhə nail olmaq üçün çox yaxşı fürsətlərin yarandığını deyib. Normallaşma prosesində Almaniyanın dəstəyini də qeyd edən Prezident İlham Əliyev aprelin 26-da Berlində Kansler Olaf Şolts ilə birgə mətbuat konfransında Azərbaycanla Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndirdiyini və sülh sazişinin imzalanmasına doğru əlavə addımlar atıldığını diqqətə çatdırıb. Regionda yeni reallıq yaradan Azərbaycanın qarşısında böyük hədəflər durur. Azərbaycan cari ilin noyabrında iqlim dəyişikliyi ilə bağlı mötəbər tədbirə - COP29-a ev sahibliyi edəcək və mötəbər tədbir ölkəmiz üçün yeni imkanlar vəd edir. Azərbaycan ev sahibi kimi, Qərblə Qlobal Cənub arasında, həmçinin yaşıl enerjiyə keçid və iqlim dəyişikliyi ilə bağlı körpülər yaradacaq. Ölkəmizin sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər çərçivəsində hədəflərinə çatacağına şübhə yoxdur. Çünki bütün nailiyyətlər göz qabağındadır. Avropa Birliyinin lokomotivi sayılan bir ölkə ilə münasibətlərin inkişafı və bütün səviyyələrdə əlaqələrin dinamiklyi ölkəmiz üçün maraqlıdır.
Azərbaycan–Almaniya münasibətlərində iqtisadi əməkdaşlığın çəkisi həmişə üstünlük təşkil edib. Cənab Prezident İlham Əliyev Azərbaycanın hər bir platformada gördüyü işlərin yalnız təhlükəsizliyə, xalqların və insanların sülh, rifah içində, yaxşı yaşamalarına kökləndiyini diqqətə çatdırır. Bu isə, öz növbəsində, Azərbaycanın həyata keçirdiyi bütün layihələrdə Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərini nəzərə aldığının, nəinki “yaşıl” Gündəliyin, eyni zamanda “2030 Gündəliyi”nin icrasına verilən töhfənin bariz nümunəsidir. Azərbaycan regional güc kimi artıq özünü bərqərar edib. Avropa da bu reallığı zamanla qəbul etməyə məcbur olacaq. Petersberq İqlim Dialoqu, Almaniya-Azərbaycan arasındakı yüksək səviyyəli görüşlər, rəsmi Berlinin ölkəmizə verdiyi əhəmiyyəti ifadə etməsi, rəsmi Bakıya gərəkli partnyor kimi baxması da bunun bir daha sübutu oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 26-da Almaniyaya rəsmi səfəri, rəsmi səfərdə  mətbuat konfransında çıxışını Almaniya ictimaiyyəti də, Azərbaycan ictimaiyyəti də, dünya da maraqla izlədi. Bu maraq bəşəriliyə inamın marağı kimi tarixləşdi.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatının sədr müavini
Elşən Əzizov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024