Mobil versiya
Qaqauziya rəhbəri Putinin vədi barədə danışıb
Tarix: 09-04-2024 | Saat: 20:54
Bölmə:Özəl | çapa göndər

Qaqauziya rəhbəri Putinin vədi barədə danışıb

Rusiya prezidenti Vladimir Putin Moldovanın Qaqauz muxtariyyətinə dəstək vəd edib. Bu barədə Yevgeniya Qutsul müsahibəsində deyib.Siyasətçinin sözlərinə görə, Rusiya prezidenti mart ayında keçirdiyi görüşdə Rusiyanın Kişinyovun təzyiqlərinə baxmayaraq, Qaqauziyaya sosial və iqtisadi dəstək verəcəyinə inandırıb.

“Xoşbəxtlikdən Vladimir Vladimiroviç Putin elə reaksiya verdi ki, o (...) bizə Rusiya Federasiyasının hər zaman Qaqauz xalqının yanında olacağını və [muxtariyyəti] həmişə dəstəkləyəcəyini açıqladı”, - Qutsul izah edib.
Qaqauziya rəhbəri Rusiya prezidenti ilə görüşün sonuncu olmadığına da ümid etdiyini bildirib.Əvvəllər Rusiyanın Qaqauziya sakinləri üçün xilaskar rolu haqqında məlum olub. Qutsulun fikrincə, “Promsvyazbank”la imzalanmış müqavilə Moldova hakimiyyətinin muxtariyyətə tətbiq etdiyi iqtisadi blokadadan çıxmağa imkan verəcək. O qeyd edib ki, bununla da Rusiya Federasiyası regionun dostu və himayədarı statusunu bir daha təsdiqləyib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024