Mobil versiya
Media: Rusiya böyük yaz hücumu planlaşdırır
Tarix: 29-04-2024 | Saat: 21:06
Bölmə:Özəl | çapa göndər

Media: Rusiya böyük yaz hücumu planlaşdırır

Ukrayna hərbçiləri Rusiya Silahlı Qüvvələrinin mayın sonunda genişmiqyaslı hücuma başlayacağından ehtiyat edir. Bu barədə “BILD in Russian” Telegram kanalı mənbələrə istinadən yazır.Bundan əvvəl “Financial Times” yazıb ki, Ukrayna Silahlı Qüvvələri yaxın perspektivdə Rusiya ordusunun bütün istiqamətlərdə fəaliyyətini gücləndirəcəyini gözləyir.

Mənbə izah edib ki, Ukrayna hərbçiləri Rusiyanın Xarkovu nəzarətə götürməyə çalışacağını güman edir. Onun sözlərinə görə, bu şəhərə hücumda 20-40 min adam iştirak edəcək.

“Sonra biz şimalı və ya şərqi müdafiə etmək istəməyimizə qərar verməliyik. Hər ikisini etmək mümkün deyil”, - portalın həmsöhbəti vurğulayıb.
Mənbənin sözlərinə görə, hazırda rus pilotları saysız-hesabsız bombalar ataraq, Ukrayna hərbçilərinin saxlamağa çalışdığı hər binaya hücum edi
Xatırladaq ki, Xarkova hücumla bağlı hərbi ekspertlərin fikirləri bölünüb. Çoxları Rusiyanın şəhəri bağlayacağına və yoluna davam edəcəyinə inanır. Digərləri isə hesab edir ki, Rusiya hərbçiləri bir sıra digər şəhərləri də nəzarətə götürməyə çalışacaq və yalnız bundan sonra Xarkov istiqamətində iri əməliyyata başlayacaq.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024