Mobil versiya
Dünyaya həmrəylik mesajı
Tarix: 29-04-2024 | Saat: 15:19
Bölmə:Siyasət | çapa göndər

Dünyaya həmrəylik mesajı

Almaniya Azərbaycanın Avropada ən vacib siyasi, iqtisadi və strateji tərəfdaşlarından biridir. Dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan rəsmi Berlin Cənubi Qafqazın ən aparıcı ölkəsi sayılan Azərbaycanla əməkdaşlığı dərinləşdirmək üçün səylərini daha da artırır və bu niyyətini dəfələrlə bəyan edib, bu istiqamətdə əməli addımlar da atıb. Çünki Almaniya Avropa İttifaqının aparıcı dövləti kimi Cənubi Qafqazda gedən prosesləri yaxından izləyir və vəziyyət düzgün qiymətləndirərək reallığa uyğun qərarlar qəbul edir. Digər tərəfdən, Almaniya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarı, sülhün bərqərar olmasının əsas dəstəkçilərindən biridir. Prezident İlham Əliyevin bu dövlətə səfəri xüsusi əhəmiyyət daşıyır. Azərbaycan lideri səfər zamanı ikitərəfli münasibətlərin pik həddə olduğunu xüsusi qeyd edib. O bildirib ki, son vaxtlar Almaniyaya səfərləri müntəzəm xarakter alıb və Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır.
Aprelin 26-da “Petersberq Dialoqu”nda iştirak edən cənab İlham Əliyev COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycanın qlobal tədbirə hazırlığın fəal mərhələsində olduğunu qeyd edərək yaxşı nəticələr əldə ediləcəyini əminliklə söyləmişdir.
Almaniyada keçirilən bütün görüşlərdə və tədbirlərdə vahid mövqe sərgiləyən ölkə başçısı ilk növbədə ölkəmizdə yaşıl enerjiyə keçid üçün çox böyük layihələrin icrasına başalndığını və nəhəng şirkətlərin bu sahəyə sərmayə qoyduğunu xatırladaraq bildirmişdir ki, bu gün hələ də dünya qazıntı enerjisinə möhtacdır və enerji təhlükəsizliyi milli təhlükəsizlik deməkdir. Ona görə də Azərbaycanın enerji tarixinə diqqət çəkənlər bilməlidir ki, bu enerji resursları düzgün istifadə ediləndə, gəlirlər bərabər bölüşdürüləndə, yoxsulluğun və işsizliyin aradan qaldırılmasına, eləcə də infrastrukturun yaxşılaşdırılmasına yönəldiləndə ölkə inkişaf edir. Və bu inkişafın nəticəsi olaraq hazırda Azərbaycan yaşıl enerjiyə keçid üzrə kifaəyt qədər təcrübəyə malikdir: “ Buna görə də Azərbaycanda yoxsulluq şəraitində yaşayanların faizi son 20 il ərzində 50 faizdən 5 faizə düşmüşdür. Məhz buna görə Azərbaycan öz iqtisadi potensialını ortaya qoya bilib. Bizim birbaşa xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7,9 faizinə bərabərdir. Neftdən, qazdan gələn gəlirlər cəmiyyətdə ədalətli bölünür və bu gün, ilk növbədə, Qarabağın və Şərqi Zəngəzurun bərpasına istiqamətləndirilir.”
120 ölkəni birləşdirən Qoşulmama Hərəkatında dörd il sədrlik dövründə ölkəmizin Hərəkatın bir çox üzvləri ilə olduqca məhsuldar münasibətlər qurduğunu diqqətə çatdıran cənab Prezident COP29 kimi beynəlxalq platformanın Qlobal Cənub ölkələrini ümumi gündəliyə əlavə etmək imkanını yaradacağını bildirmişdir. Bu isə öz növbəsində dünya ölkələrinin iqlim dəyişikliklərinə münasibətdə vahid mövqeyə gəlməsinə şərait yaradacaqdır.
“Biz istəyirik ki, əldə edilmiş gəlirləri yaşıl enerjiyə sərf edək, bu istiqamətdə addımlar atırıq və COP29 da qarşıdurma arenası olmayacaq. Azərbaycan ev sahibi kimi körpülər yaradacaq. Azərbaycan Qərblə Qlobal Cənub arasında körpü rolunu oynamaq fikrindədir, o cümlədən yaşıl enerjiyə keçidlə və iqlim dəyişikliyi ilə bağlı”-deyə cənab İlham Əliyev dünyaya bir daha əməkdaşlıq mesajı ünvanladı.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
15-05-2024