Mobil versiya
YAP Laçın rayon təşkilatı Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbirlərə start verildi -Fotolar
Tarix: 09-04-2024 | Saat: 18:33
Bölmə:Özəl | çapa göndər

YAP Laçın rayon təşkilatı Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbirlərə start verildi

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının təşkilatçılığı ilə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin Laçın rayon üzrə təhsil sektoru, Şərqi Zəngəzur Regional Gənclər və İdman idarəsinin Laçın rayonu üzrə gənclər və idman sektoru və Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin Laçın rayonu üzrə mədəniyyət müəssisələrinin birgə iştirakı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş "Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi" mövzusunda - İnşa yazı, bədii qiraət, rəsm, dekorativ-tətbiqi sənət, şahmat, mini futbol, mahnı və saz nominasiyalari üzrə ümumrayon müsabiqəsinə start verildi.
Bununla əlaqədar Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının 2 saylı ərazi partiya təşkilatının qərargahında müsabiqə təşkilatçılarının toplantısı keçirildi. Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri İlqar İlyasov Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyev irsindən geniş söhbət açaraq keçiriləcək müsabiqə ilə bağlı qarşıda duran vəzifələri təşkilatçılarının diqqətinə çatdırmışdır. Tədbirdə müsabiqə ilə bağlı bir sıra məsələlər müzakirə edilmiş, müsabiqənin yüksək peşəkarlıq və təlimatlara uyğun nəzərdə tutulmuş vaxtda təşkili və yekunlaşdırılması ilə bağlı tövsiyələr verilmişdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024