Mobil versiya
Sərxoş kişi boşanmasında qardaşını günahlandıran qohumunu döydü
Tarix: 09-04-2024 | Saat: 10:51
Bölmə:Ölkə | çapa göndər

Sərxoş kişi boşanmasında qardaşını günahlandıran qohumunu döydü

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Cabir Məmmədovun (ad və soyad şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə icraata xitam verilib və Cabir Məmmədov cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməyib.

İttihama görə, hadisə Abşeron rayonu ərazisində qeydə alınıb.
Belə ki, Cabir Məmmədov bibisi oğlu Katib Hacıyevlə (şərti) kafedə yeyib-içdikdən sonra evə gedərkən onların arasında mübahisə yaranıb. Mübahisəyə səbəb isə zərərçəkmişin ailəsindən boşanmasında onun qardaşını günahlandırması olub. Bu zaman sərxoş vəziyyətdə olan Cabir Katibin üz nahiyəsinə bir dəfə yumruq zərbəsi vuraraq, onun burnuna xəsarət yetirib.

Cabir Məmmədov barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-04-2024