Mobil versiya
Qazaxıstanda meşə yandı : 3 nəfər ölüb, 30 min hektar ərazi yanıb
Tarix: 09-06-2023 | Saat: 19:03
Bölmə:Özəl | çapa göndər

Qazaxıstanda meşə yandı : 3 nəfər ölüb, 30 min hektar ərazi yanıb

Qazaxıstanın Abay rayonundakı Semey meşə massivində ötən gün baş verən yanğının söndürülməsi istiqamətində işlər davam edir. Alovun tədricən yayılması ilə əlaqədar rayona gücləndirilmiş yanğınsöndürən maşınlar və helikopterlər göndərilib.

AİA.Az xəbər verir ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamada indiyədək 30 min hektar ərazinin yandığı bildirilib. Bildirilib ki, 600-dən çox canlı qüvvə, 68 texnika və 6 helikopterlə alovla mübarizə davam edir.

Qazaxıstan Rəyasət Heyətinin Mətbuat Xidmətindən verilən yazılı açıqlamada yanğın bölgəsində 3 meşə məmurunun həyatını itirdiyi, itkin düşən 11 zabitin axtarıldığı açıqlanıb. Semey qubernatorluğundan verilən açıqlamada şəhərdə fövqəladə vəziyyətin elan edildiyi bildirilib.

AİA.Az
Sübhan Məmmədov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024