Mobil versiya
Novruzəli Aslanov: “Xalqın öz liderinə olan sonsuz inamı Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasını öz üzərinə götürməsini şərtləndirən əsas amil olmuşdur”
Tarix: 09-06-2023 | Saat: 12:50
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Novruzəli Aslanov: “Xalqın öz liderinə olan sonsuz inamı Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasını öz üzərinə götürməsini şərtləndirən əsas amil olmuşdur”

“Azərbaycan xalqının şanlı tarixində qürur duyacağımız əlamətdar günlər çox olmuşdur. Heç şübhəsiz bu günlər arasında 15 İyun tarixinin xüsusi yeri və önəmi vardır. Əlbəttə ki, yaşadığımız 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması ilə, təkcə xalqımız tərəfindən bayram kimi qeyd olunan tarixi günlərin deyil, yaşadığımız hər günün əhəmiyyəti iki qat artıb. Bu gün hər kəs, Vətənini, xalqını və dövlətini sevən hər bir azərbaycanlı Heydər Əliyev İlində əldə olunan uğur və nailiyyətlərə öz töhfəsini verə bilmək üçün əzm və fədakarlıqla, böyük ruh yüksəkliyi ilə çalışır. Çünki məhz bu il Heydər Əliyev İli olaraq xalqımızın qan yaddaşına ən əlamətdar, ən şərəfli illərdən biri kimi əbədi həkk olunacaq. Çünki Ümummilli Lider Heydər Əliyevin respublikaya 34 illik rəhbərliyi dövrü Azərbaycan tarixində ən önəmli inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının, müəyyən etdiyi daxili və xarici siyasət kursunun təntənəsi, Azərbaycanın tarixinə müasir müstəqil dövlətimizin qurucusu və xalqın xilaskarı kimi daxil olmuş Ulu Öndər Heydər Əliyevin xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında göstərdiyi misilsiz xidmətlərin ən önəmli nəticələrindən biridir.”

Bu sözləri AİA.Az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Daha sonra öz fikirlərini davam etdirən deputat Milli Qurtuluş Gününün mahiyyətindən bəhs edərək bunları deyib: “1990-cı illərin əvvəllərində, müstəqilliyimizin ilk illərində suverenliyimizin itirilməsi və dövlətçilik ənənələrinin milli yaddaşdan silinməsi təhlükəsi ilə üzləşdiyimiz vaxtda müdrik dövlət xadimi, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin xalqın təkidli çağırışına səs verərək və birmənalı dəstəyinə arxalanaraq xilaskarlıq missiyasını öz üzərinə götürməsi Azərbaycanı geri dönüşü mümkün olmayacaq bir uçuruma yuvarlanmaqdan qurtardı, ölkənin tarixini inkişafa doğru istiqamətləndirdi. Bu gün Ulu Öndərin xalqımız qarşısındakı əvəzolunmaz xidmətlərindən bəhs edərkən Onun xilaskarlıq missiyasının tarixi əhəmiyyətinə və siyasi-fəlsəfi məzmununa xüsusi diqqət yetirilir. Çünki Ümummilli Lider Heydər Əliyev respublikamızın ziddiyyətlər və qarşıdurma məkanına çevrildiyi, mürəkkəb regional və beynəlxalq proseslərin cərəyan etdiyi bir şəraitdə Azərbaycan xalqını böyük kataklizmlərdən xilas etmiş, faciə və fəlakətlərin qarşısını almış, ölkəmizin formal deyil, gerçək müstəqilliyini təmin etmişdir. Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, xalqın öz liderinə olan sonsuz inam və etimadı Ulu Öndərin respublikamızın qurtuluşu naminə siyasi məsuliyyəti öz üzərinə götürməsini zərurətini şərtləndirən əsas amil olmuşdur. 1993-cü ilin məlum iyun hadisələri zamanı Azərbaycan xalqı Ulu Öndərə ölkəmizin xilası və tərəqqisi naminə respublikamıza rəhbərlik etməsi barədə qətiyyətli çağırış etmişdi. Həmin vaxt ölkədə yaşanan siyasi böhran artıq elə bir təhlükəli həddə çatmışdı ki, artıq o zaman hakimiyyətdə olan və bu vəziyyətin formalaşmasına bilavasitə səbəb olmuş qüvvələr də Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur olmuşdular. Ümummilli Lider bütün bunları nəzərə alaraq Bakıya qayıtmış, Azərbaycan xalqının və dövlətçiliyimizin xilası, dövlətçilik ənənələrimizin, milli qürur və ləyaqətin bərpası naminə tarixi missiyasını yerinə yetirməyə başlamışdı. İyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilmişdir. Məhz həmin gün Azərbaycan xalqının tarixinə Milli Qurtuluş günü kimi yazılmışdır. Proseslərin məntiqi nəticəsi kimi, 1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkiləri nəticəsində xalqın böyük etimadı ilə Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev ölkəmizin inkişaf konsepsiyasını dövrün xüsusiyyətlərinə və zamanın tələblərinə uyğun olaraq dəqiq müəyyənləşdirmiş və Azərbaycanı ictimai-siyasi sabitliyə və dinamik inkişafa malik olan bir ölkəyə çevirmişdir.”

Həmçinin Ulu Öndərin müstəqillik dönəmində ölkəmizə rəhbərlik etdiyi dövrü Azərbaycanı tarixi Zəfərə aparan yolun başlanğıcı kimi səciyyələndirən N.Aslanov torpaqlarımızın işğaldan azad edilməsinin yeganə mümkün yolunun məhz Heydər Əliyevin müəyyən etdiyi strateji kursun davam etdirilməsi olduğunu vurğulayıb: “Məlumdur ki, Ümummilli Lider Heydər Əliyev o zaman işğal altında olan torpaqlarımızın azad olunması istiqamətində sistemli və məqsədyönlü fəaliyyətin əsasını qoymuş, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda ardıcıl işlərə başlamışdır. İlk növbədə, 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə gəldikdən dərhal sonra Ulu Öndər ordu quluculuğu işinə başlamışdı. Bu vacib işi 2003-cü ildən bəri böyük uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə Silahlı Qüvvələrimizin artıq həm kəmiyyət, həm də keyfiyyətcə komplektləşməsini daha da gücləndirdi və bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alıb. Bütün bu illər ərzində Ali Baş Komandanımız ordu quruculuğu məsələlərini daim diqqət mərkəzində saxladı. Möhtərəm Prezidentimiz hər zaman öz çıxışlarında ölkəmizin ərazi bütövlüynün bərpa edilməsində, Qarabağ münaqişəsinin kökündən və birdəfəlik həllində ordunun üzərinə mühüm vəzifələr düşdüyünü bildirirdi. Məhz bu məqsədlərlə ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi istiqamətində görülən işlərin, Silahlı Qüvvələrdə aparılan islahatların nəticəsi olaraq bu gün Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Məhz bizim şanlı ordumuz XXI əsrdə ilk dəfə olaraq irimiqyaslı hərbi əməliyyatlarda qalib gələrək öz ölkəsinin ərazi bütövlüyünü bərpa edib. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu nəinki bölgədə, həm də bütün dünyada hərbi potensialına, döyüş qabiliyyətinə, təchizata görə ən güclü ordular sırasında olduğunu bir daha təsdiq etdi. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət kursunun Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən zamanın tələblərinə, müasir dövrün ictimai və siyasi çağırışlarına müvafiq surətdə davam etdirilməsi nəticəsində Azərbaycan bu gün müasir, dinamik inkişaf edən, nüfuzlu dünya dövlətlərindən birinə çevrilib. Ölkəmiz bu kursla irəlilədikcə bizi gələcək illərdə də yalnız yeni qələbələr, rifah yüksəlişi və daha güclü dövlətin vətəndaşları olmaq kimi perspektivlər gözləyəcək”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024