Mobil versiya
"Bunların arasında hansısa ziddiyyət yoxdur" - Nazir müavini
Tarix: 07-06-2023 | Saat: 11:57
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

"Bunların arasında hansısa ziddiyyət yoxdur" -

"2022-ci ildə 13,9 faiz orta illik inflyasiya olub. Ötən dəfə ərzaq bazarındakı qiymət artımlarına toxunulmuşdu. Qeyri-ərzaq məhsulları bazarında da böyük dəyişikliklər olub. Bunun da əsas səbəblərindən biri Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarında yüksək ikirəqməli inflyasiyanın olmasıdır".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Elnur Əliyev deyib.

Nazir müavini bildirib ki, Beynəlxalq Vayuta Fondunun hesabatına əsasən dünya üzrə inflyasiya 7%, inkişaf etməkdə olan ölkələr üzrə isə 8,6% olacağı proqnozlaşdırlır:

"İnflyasiyada tələb və təklif amilləri ilə bağlı qeyri-müəyyənlik yenə də yüksək olaraq qalır. AMB-in inflyasiyanın azaldılması istiqamətində keçirdiyi tədbirlər və hökumətin anti-inflyasiya tədbirləri nəzərə alınmaqla bu il orta illik inflyasiyanın 10,4 % olması proqnozlaşdırılır. AMB tərəfindən 8,9 % rəqəmi səsləndirilmişdi. Bu, ardıcıl 12 ay üzrə olan rəqəmdir. Bizim dediyimiz isə orta illik inflyasiyadır. Bunların arasında hansısa ziddiyyət yoxdur. Bunu aydınlaşdırmaq istərdim", - deyə E.Əliyev vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024