Mobil versiya
COP31-də Heydər Əliyev Fondunun pavilyonu açılıb - FOTO
Tarix: 11-11-2026 | Saat: 16:21
Bölmə:Gündəm | çapa göndər

COP31-də Heydər Əliyev Fondunun pavilyonu açılıb -

Heydər Əliyev Fondu Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində pavilyonla təmsil olunur.

aia.az xəbər verir ki, pavilyon Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə təşəbbüsü əsasında yaradılıb.

Birgə pavilyonun yaradılması ideyası ilk dəfə 2024-cü ildə Bakıda keçirilən COP29 zamanı irəli sürülüb. Həmin konfrans çərçivəsində təşkil olunan pavilyon ən çox ziyarət edilən məkanlardan biri olub.

Pavilyonda Heydər Əliyev Fondunun sosial, mədəniyyət, təhsil, səhiyyə, yenidənqurma və bərpa, ətraf mühitin mühafizəsi və digər istiqamətlərdə həyata keçirdiyi layihələr foto və videomateriallar vasitəsilə təqdim olunur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-11-2026