Mobil versiya
Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib -Fotolar
Tarix: 30-10-2026 | Saat: 15:34
Bölmə:Gündəm / Parlament | çapa göndər

Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib

Oktyabrın 30-da Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib. İclası açan komitə sədri Zahid Oruc gündəliyə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi məsələsinin daxil edildiyini bildirib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Komitə sədri qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin imzası ilə Milli Məclisə Ombudsman vəzifəsinə üç namizəd təqdim olunub. Bunlar-hazırkı Ombudsman, hüquq üzrə fəlsəfə doktoru Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Vəliyevadır. Bildirilib ki, namizədlərin hər üçü ali hüquq təhsilli və müvafiq sahədə peşəkar təcrübəyə malik şəxslərdir.
Zahid Oruc çıxışında Azərbaycanda Ombudsman təsisatının formalaşması və inkişaf tarixinə toxunub. O, təsisatın fəaliyyət göstərdiyi dövr ərzində insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqlarının təmin olunması, dövlət orqanları ilə vətəndaşlar arasında münasibətlərin təkmilləşdirilməsi istiqamətində gördüyü işlərdən, eləcə də beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edib.

Daha sonra İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əli-zadə, komitənin üzvləri Mübariz Qurbanlı, Razi Nurullayev, Vüqar Rəhimzadə, Elman Nəsirov, Hikmət Məmmədov, Sevil Mikayılova, Səyyad Aran, Naqif Həmzəyev və Azər Allahverənov müzakirə olunan məsələ ilə bağlı fikirlərini bölüşüblər, Ombudsman vəzifəsinə təqdim edilmiş namizədlərə münasibətlərini bildiriblər.

Çıxışlarda Ombudsman təsisatının insan hüquq və azadlıqlarının müdafiəsi sistemindəki əhəmiyyəti vurğulanıb, namizədlərin peşəkar hazırlığı və hüquq sahəsindəki təcrübəsi diqqətə çatdırılıb.
Tədbirdə Ombudsman vəzifəsinə namizədliyi irəli sürülmüş şəxslər də çıxış edərək göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidentinə təşəkkürlərini bildiriblər.

Müzakirələrin sonunda məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda komitənin üzvləri Tural Gəncəliyev, Mircəlil Qasımlı, Bəhruz Məhərrəmov, Parlament Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid və digər rəsmi şəxslər iştirak ediblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-10-2026