Mobil versiya
Paşinyan TRİPP-dən danışdı
Tarix: 23-09-2026 | Saat: 09:31
Bölmə:Karusel / Dünya | çapa göndər

Paşinyan TRİPP-dən danışdı

"Trampın Marşrutu" (TRIPP) layihəsinin həyata keçirilməsi Ermənistan və ölkənin iqtisadiyyatı üçün yeni dövrün başlanğıcını qoyacaq, həmçinin beynəlxalq logistika marşrutlarını dəyişdirəcək.

aia.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-da "Konkordiya" sammitində panel müzakirəsi zamanı bəyan edib.

"Hazırda biz TRIPP layihəsinin həyata keçirilməsinə diqqət yetiririk, bunun nəticəsində regional əlaqəlilik tam təmin olunacaq. TRIPP ölkəmiz və iqtisadiyyatımız üçün yeni dövrün başlanğıcını qoyacaq, çünki ilk növbədə Azərbaycanla dəmiryol əlaqəmiz olacaq", - o deyib.

Baş nazir həmçinin qeyd edib ki, İrəvan "Ermənistanın Türkiyə ilə sərhədinin açılmasını və bunun çərçivəsində dəmiryol əlaqəsini səbirsizliklə gözləyir".

"Ümumilikdə bu (TRIPP layihəsi - red.) həmçinin beynəlxalq logistikanı dəyişdirəcək, çünki beynəlxalq ictimaiyyət Şərq ilə Qərb arasında yeni marşrut əldə edəcək", - erməni baş naziri vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-09-2026