Mənəvi birlik ilə siyasi dialoqun vəhdəti Türk Dövlətləri Təşkilatını mühüm güc mərkəzinə çevirir
Tarix: 21-09-2026 | Saat: 12:33
Bölmə:Karusel / Siyasət | çapa göndər

Türk Dövlətləri Təşkilatının (TDT) son illərdə keçdiyi inkişaf yolu türk dövlətləri arasında münasibətlərin yeni mərhələyə yüksəldiyinin göstəricisidir. Artıq təşkilat yalnız tarixi-mədəni yaxınlığın ifadə olunduğu platforma deyil, siyasi-iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik məsələlərinin müzakirə edildiyi mühüm əməkdaşlıq məkanıdır. Prezident İlham Əliyevin TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşdə qeyd etdiyi fikirlər də təşkilatın mövcud potensialını və qarşıda duran vəzifələri nümayiş etdirir.
Bakıda TDT Təhlükəsizlik Şuraları katiblərinin V iclasının keçirilməsi təşkilat çərçivəsində təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşməsini bir daha təsdiqləyir. Müasir dövrdə təhlükəsizlik anlayışı yalnız hərbi məsələlərlə məhdudlaşmır. Enerji və nəqliyyat xətlərinin təhlükəsizliyi, kritik infrastrukturların qorunması, terrorçuluq, transmilli təhdidlər və digər risklər dövlətlər arasında koordinasiyanı zəruri edir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan, ümumiyyətlə təhlükəsizlikdən danışmaq mümkün deyil. TDT ölkələrinin yerləşdiyi geniş coğrafiya bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Şərqlə Qərbi birləşdirən enerji və nəqliyyat marşrutlarının mühüm hissəsinin bu məkandan keçməsi təşkilatın regional və beynəlxalq əhəmiyyətini artırır.
Azərbaycanın coğrafi mövqeyi isə bu əməkdaşlıq sistemində xüsusi yer tutur. Xəzər vasitəsilə Mərkəzi Asiya ilə əlaqələrin qurulması, Avropa və Asiya arasında nəqliyyat bağlantılarının inkişafı, enerji resurslarının beynəlxalq bazarlara çıxarılması ölkəmizin TDT məkanında mühüm rolunu şərtləndirən amillərdəndir. Bu imkanların səmərəli istifadəsi yalnız iqtisadi deyil, həm də strateji əhəmiyyət daşıyır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək: “Bunun üçün bütün imkanlar var. Ölkələrimizin potensialı kifayət qədər böyükdür və güclənməkdə davam edir. Biz çox geniş coğrafi məkanda yerləşirik”.
TDT-nin inkişafını şərtləndirən mühüm amillərdən biri üzv dövlətlərdə sabitlik və təhlükəsizliyin qorunmasıdır. Prezident İlham Əliyev qeyd edib ki, bu və ya digər ölkədə sabit vəziyyət, siyasi və iqtisadi sabitlik yoxdursa, heç bir ölkəyə nə investisiyalar, nə texnologiyalar, nə də innovasiyalar gələcək. Buna görə də təhlükəsizlik TDT ölkələrinin iqtisadi inkişafının əsas şərtlərindən biri kimi çıxış edir. Lakin dünyanın müxtəlif regionlarında davam edən müharibələr və qarşıdurmalar təhlükəsizlik məsələsinə daim diqqət yetirməyi tələb edir. Münaqişələrin coğrafiyasının genişlənməsi, yeni risklərin meydana çıxması TDT ölkələrinin təhlükəsizlik strukturları arasında məlumat mübadiləsinin və koordinasiyanın gücləndirilməsini zəruri edir. Burada əsas məqsəd yalnız mövcud təhdidlərə cavab vermək deyil, mümkün riskləri əvvəlcədən müəyyənləşdirərək onların qarşısını almaqdır.
Təşkilatın siyasi potensialını artıran digər mühüm amil üzv dövlətlər arasında ikitərəfli münasibətlərin yüksək səviyyəsidir. Azərbaycanla Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında müttəfiqlik münasibətləri, qarşılıqlı səfərlər və iqtisadi layihələr TDT çərçivəsində çoxtərəfli əməkdaşlıq üçün möhkəm zəmin yaradır. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradılması da iqtisadi əlaqələrin praktiki məzmununu genişləndirir.
TDT-nin potensialını artıran başqa bir amil isə dövlət başçıları səviyyəsində siyasi dialoqun intensivləşməsidir. Azərbaycanın təşəbbüsü ilə qeyri-rəsmi Zirvə görüşlərinin keçirilməsinə başlanılması dövlət başçılarının daha tez-tez bir araya gəlməsinə və aktual məsələləri müzakirə etməsinə imkan yaradır. Şuşada keçirilmiş ilk qeyri-rəsmi Zirvə görüşü bu formatın mühüm nümunələrindən biridir. Bütün bunlar bir daha təsdiqləyir ki, TDT-nin gələcək inkişafı təhlükəsizlik, iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat və humanitar əlaqələrin paralel şəkildə genişləndirilməsindən keçir. Təşkilatın malik olduğu geniş coğrafiya, təbii ehtiyatlar, nəqliyyat imkanları, gənc əhali və iqtisadi potensial onun beynəlxalq mövqeyinin möhkəmlənməsi üçün mühüm əsaslar yaradır.
Prezident İlham Əliyevin çıxışının əsas məğzi də ondan ibarətdir ki, mövcud imkanların real nəticələrə çevrilməsi üçün türk dövlətləri arasında koordinasiya daha da gücləndirilməlidir. Xüsusilə təhlükəsizlik sahəsində qarşılıqlı məlumat mübadiləsi, birgə fəaliyyət və preventiv tədbirlərin əlaqələndirilməsi ümumi sabitliyin qorunmasına xidmət edə bilər.
Beləliklə, TDT-nin bugünkü gündəliyi artıq yalnız ortaq tarixi və mədəni dəyərlərlə məhdudlaşmır. Təşkilat siyasi həmrəylik, iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələlərinin bir-birini tamamladığı geniş əməkdaşlıq platformasına çevrilir. Bu prosesdə Azərbaycanın fəal iştirakı və Bakının TDT çərçivəsində mühüm tədbirlərə ev sahibliyi etməsi ölkəmizin təşkilat daxilindəki rolunu da nümayiş etdirir.
Türk dövlətlərinin ümumi maraqları və potensialı onların daha sıx əməkdaşlığı üçün möhkəm zəmin yaradır. Bu potensialın təhlükəsizlik və qarşılıqlı etimad üzərində əlaqələndirilməsi isə TDT-nin beynəlxalq arenada rolunun daha da genişlənməsi üçün mühüm amil olacaq.
Bədəl Bədəlov
Milli Məclisin deputatı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər