ADAU-da yeni dərs ili: Biliyə açılan qapıdan gələcəyə uzanan yol
Tarix: 16-09-2026 | Saat: 11:43
Bölmə:Karusel / Özəl / Təhsil | çapa göndər

Sentyabrın 15-i payızın ilk nəfəsi ilə auditoriyalara dolan gənclik həyəcanı, illərin zəhmətindən sonra arzuladığı tələbə adını qazanan minlərlə gəncin gözlərində yanan ümid işığı idi. Bu gün universitetlərin qapıları sadəcə yeni dərs ili üçün açılmır. Bu qapılardan Azərbaycanın sabahına gedən yollar açılır. Çünki hər auditoriyada əyləşən gənc, əslində, gələcəyin mütəxəssisi, alimı, mühəndisi, aqronomu, baytarı, iqtisadçısı, idarəçisi kimi formalaşmağa başlayır. Aqrar təhsil ocağında isə bu məna daha geniş və daha strateji mahiyyət daşıyır. Burada əldə olunan bilik sabah torpağın məhsuldarlığına, kəndin inkişafına, ərzaq təhlükəsizliyinə, ixrac imkanlarına, bütövlükdə ölkənin iqtisadi qüdrətinə çevrilməlidir.

Azərbaycan Dövlət Aqrar Universitetində 15 Sentyabr – Bilik Günü münasibətilə keçirilən tədbirin mənası da məhz bu baxımdan sıradan bir təqvim hadisəsindən daha böyük idi. Bu, yeni dərs ilinin başlanğıcı ilə yanaşı, Azərbaycanın aqrar gələcəyi üçün yeni insan kapitalının formalaşdırılması yolunda növbəti mərhələnin başlanması idi. Tədbir torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başladı. Bu başlanğıcın özündə dərin bir məna vardı. Bu gün azad, suveren Azərbaycan öz gələcəyini qurur. Və bu gələcəyin ən möhkəm dayaqlarından biri də bilikli, vətənpərvər, müasir düşüncəli gənclikdir.

100 faiz sadəcə rəqəm deyil
ADAU-nun rektoru Zəfər Qurbanovun Bilik Günü tədbirində səsləndirdiyi bir rəqəm, əslində, bütöv bir inkişaf yolunun nəticəsini ifadə edirdi: Dövlət İmtahan Mərkəzinin keçirdiyi ilkin və ikinci tur ixtisas seçimlərinin nəticələrinə əsasən universitet üzrə nəzərdə tutulan 2 082 plan yerinin hamısı dolub. Bu, sadəcə qəbul statistikasında 100 faiz demək deyil. Bu, ilk növbədə, gənclərin ADAU-ya inamının göstəricisidir. Bu, universitetdə son illərdə formalaşdırılan təhsil mühitinə olan marağın ifadəsidir. Bu, aqrar sahənin artıq yalnız ənənəvi peşələr məkanı kimi deyil, yüksək texnologiyalar, rəqəmsal idarəetmə, innovasiya və elm üzərində yüksələn gələcəyin mühüm istiqaməti kimi qəbul olunmasının əlamətidir. Ən başlıcası isə bu nəticə bir həqiqəti ortaya qoyur: keyfiyyətli təhsil üçün yaradılan şərait gec-tez özünə doğru ən böyük auditoriyanı – gəncliyi gətirir. Zəfər Qurbanovun tələbələr qarşısında səsləndirdiyi fikirlər də məhz bu məsuliyyət hissindən qaynaqlanırdı. Rektor universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi, tələbələrin müasir bilik və bacarıqlara yiyələnməsi, elmi və peşəkar inkişafı üçün geniş imkanların yaradıldığını vurğuladı. Bildirdi ki, 100 faiz qəbulun yaratdığı sevincin arxasında indi daha böyük bir məsuliyyət dayanır. Plan yerlərini 100 faiz doldurmaq uğurdur. Amma əsl hədəf bu 100 faizi sabah 100 faizlik keyfiyyətə, yüksək peşəkarlığa və real nəticəyə çevirməkdir.
Universitetin qarşısında duran əsas vəzifə artıq yalnız auditoriyaları tələbələrlə doldurmaq deyil. Əsas məqsəd həmin auditoriyalardan müasir dünyanın çağırışlarına cavab verən, aqrar sahədə baş verən texnoloji dəyişiklikləri mənimsəyən, biliklərini praktik nəticəyə çevirə bilən mütəxəssislər yetişdirməkdir. ADAU-nun bugünkü inkişaf fəlsəfəsi də məhz bu hədəfə söykənir: tələbəyə diplom vermək yox, ona gələcək vermək.

Dövlət Proqramının icrasında insan kapitalı
Bu Bilik Gününün ən mühüm siyasi və strateji məzmunlarından biri “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” ilə bağlı idi. Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiqlənən Dövlət Proqramı aqrar məhsulların istehsalı və emalında rəqabətqabiliyyətliliyin artırılmasına, yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsinə və ölkənin ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsinə yönəlib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun ADAU-da Bilik Günü münasibətilə səsləndirdiyi fikirlərin əsas ağırlıq mərkəzində də məhz insan amili dayanırdı. Çünki ən müasir texnika onu idarə edən savadlı insan olmadan nəticə verə bilməz. Ən qabaqcıl texnologiya onu tətbiq edən peşəkar mütəxəssis olmadan faydasız bir avadanlığa çevrilər. Elmi yenilik də onu istehsalata gətirəcək müasir düşüncəli kadr olmadan real iqtisadi gücə çevrilə bilməz. Bu mənada Dövlət Proqramında qarşıya qoyulan hədəflərin həyata keçirilməsi yalnız yeni müəssisələrin, təsərrüfatların, istehsal sahələrinin yaradılması ilə məhdudlaşmır. Burada ən böyük sərmayələrdən biri insan kapitalına sərmayədir.
Məcnun Məmmədovun diqqətə çatdırdığı kimi, proqramda müasir bilik və bacarıqlara malik mütəxəssislərin hazırlanması, insan kapitalının inkişafı, elmi tədqiqatların və innovasiyaların gücləndirilməsi mühüm istiqamətlər sırasındadır. Deməli, ADAU üçün Bilik Günü ilə Dövlət Proqramının icrası bir-birindən ayrı anlayışlar deyil. Bilik Günü auditoriyaya gələn gəncin ilk addımıdır. Dövlət Proqramı isə həmin gəncin sabah hansı biliklərlə, hansı bacarıqlarla ölkənin inkişafına xidmət etməli olduğunu müəyyənləşdirən strateji yol xəritəsidir. Bu gün ADAU-nun auditoriyasına daxil olan gənc beş-altı il sonra Azərbaycanın müasir aqrar siyasətinin, innovativ təsərrüfatçılığının, ərzaq təhlükəsizliyinin, rəqəmsal kənd təsərrüfatının fəal iştirakçısına çevriləcək. Bax, əslində Bilik Gününün ən böyük mənası da budur.
Torpaqla texnologiyanın yeni görüşü
Müasir kənd təsərrüfatı artıq yalnız torpağa toxum səpmək, məhsul toplamaq anlayışı ilə ölçülmür. Bu gün aqrar sektor süni intellektdir. Rəqəmsal idarəetmədir. Biotexnologiyadır. Dəqiq kənd təsərrüfatıdır. Peyk məlumatlarının tətbiqidir. Məlumatların təhlilidir. İnnovasiyadır. Məhz buna görə də Məcnun Məmmədov tələbələrin qarşısında müasir aqrar sektorun yeni mahiyyətini açdı. O, gəncləri bilik və bacarıqlarını davamlı inkişaf etdirməyə, yeni ideyalarla çıxış etməyə, dünya təcrübəsini öyrənərək Azərbaycanın aqrar inkişafına öz töhfələrini verməyə çağırdı. Bu çağırış sadəcə tələbələrə verilən tövsiyə deyildi. Bu, əslində zamanın öz çağırışıdır. Dünya dəyişir və aqrar təhsil də bu dəyişiklikdən kənarda qala bilməz. Əgər dünənin kənd təsərrüfatı daha çox fiziki əmək və təcrübəyə söykənirdisə, bugünün və sabahın kənd təsərrüfatı elmlə, texnologiya ilə, rəqəmsal həllərlə daha sıx bağlanır. ADAU-da yaradılan yeni imkanlar da məhz bu gələcəyə hesablanıb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə tərəfdaşlıq çərçivəsində universitetdə yaradılmış Azərbaycan İnnovasiya Mərkəzi bunun bariz ifadəsidir. Burada məqsəd təkcə yeni texniki imkan yaratmaq deyil. Əsas məqsəd gənclərin ideyasını biliklə, biliyini innovasiya ilə, innovasiyanı isə real nəticə ilə birləşdirməkdir. Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin – TİKA-nın dəstəyi ilə yenidən qurulan, müasir texniki avadanlıqlarla təchiz edilən ADAU TV isə universitet həyatının yeni kommunikasiya imkanlarından xəbər verir. Bu gün universitet auditoriyası ilə kifayətlənən təhsil modeli artıq keçmişdə qalır. Müasir universitet həm öyrənən, həm yaradan, həm araşdıran, həm də yaratdığını cəmiyyətə çatdıran canlı elm və təhsil məkanı olmalıdır. ADAU da məhz bu istiqamətdə yeni imkanlarını genişləndirir.

Şəhid anasının auditoriyaya gedən yolu
Bilik Gününün ən kövrək və ən mənalı məqamlarından biri şəhid anası Maya Quliyevanın ADAU tələbəsi adını qazanması idi. Bu, adi bir qəbul hadisəsi deyildi. Bu auditoriyaya gedən yolun arxasında həm ana ağrısı, həm qürur, həm də yaşamaq və gələcəyə doğru addımlamaq iradəsi vardı. Maya Quliyevanın tələbə adını qazanması bir daha göstərdi ki, biliyin yaşı yoxdur, arzunun vaxtı yoxdur, öyrənmək üçün heç vaxt gec deyil. Nazir Məcnun Məmmədovun onunla görüşündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərin xatirəsinin və qəhrəmanlığının daim ehtiramla yad ediləcəyi vurğulandı. Bu görüşdə sanki iki böyük dəyər bir araya gəlirdi: Vətən uğrunda canını fəda edənlərin ölməz xatirəsi və həmin Vətənin gələcəyini biliklə qurmağa davam edən insanların iradəsi. Maya Quliyevanın tələbə sıralarına qoşulması bu baxımdan gənclərə də böyük mənəvi dərsdir. Həyat nə qədər ağır sınaqlardan keçirsə də, insanın gələcəyə açılan ən böyük qapılarından biri yenə də bilikdir.

573,8 baldan başlayan məsuliyyət
Tədbirdə universitet üzrə ən yüksək nəticə – 573,8 balla “Kompüter mühəndisliyi” ixtisasına qəbul olan Nurlan Məmmədovun çıxışı da yeni nəsil ADAU tələbəsinin simasını ifadə edirdi. Bu seçim özü də təsadüfi deyil. Bir zamanlar aqrar universitet deyəndə insanların təsəvvüründə daha çox torpaq, aqronomluq və ənənəvi ixtisaslar canlanırdı. Bu gün isə həmin universitetin ən yüksək nəticə göstərən tələbələrindən biri kompüter mühəndisliyini seçir. Bu, zamanın dəyişməsinin göstəricisidir. Bu, aqrar sahənin gələcəyinin texnologiyadan ayrılmaz olduğunu göstərir. Bu, ADAU-nun da yeni çağırışlara uyğun inkişaf etdiyini nümayiş etdirir.
Ən yüksək bal toplayan tələbələrə qiymətli hədiyyələrin və tələbə biletlərinin təqdim olunması da sadəcə təltif mərasimi deyildi. Bu, yüksək nəticənin qiymətləndirilməsi, zəhmətin dəyərləndirilməsi və gəncliyə verilən mesaj idi: bilik bu ölkədə dəyərdir, zəhmət qiymətləndirilir, istedad üçün imkan yaradılır. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanovun çıxışlarında da gənclərin təhsilinin, fəallığının, vətənpərvərlik ruhunun və ölkənin gələcəyində iştirakının əhəmiyyəti diqqət mərkəzində saxlanıldı. Əslində, müxtəlif fikirlər bir nöqtədə birləşirdi: Azərbaycanın sabahı bugünkü tələbənin nə qədər yaxşı hazırlanmasından asılıdır.

Auditoriyadan başlayan sabah
ADAU üçün yeni dərs ili 2 082 tələbə ilə başlayır. Bu isə 2 082 yeni ümid, 2 082 yeni tale və 2 082 fərqli arzu deməkdir. Amma bütün bu fərqli yolları birləşdirən böyük bir məqsəd var: Azərbaycanın inkişafına biliklə xidmət etmək. Bu gün 100 faiz dolan qəbul planı universitetə olan etimadın göstəricisidir. Lakin bu etimadı qorumağın və daha da yüksəltməyin yolu yalnız bir istiqamətdən keçir – təhsilin keyfiyyətini daim yüksəltməkdən. Çünki gənc universitetə ümidlə gəlir. Valideyn övladını inamla göndərir. Dövlət isə təhsilə böyük məqsədlər üçün sərmayə qoyur. Bu ümid, inam və etimadın cavabı isə keyfiyyətli təhsil, müasir şərait, güclü müəllim, elmi mühit, praktik bacarıq və rəqabətqabiliyyətli məzun olmalıdır. ADAU-da Bilik Günü bir daha göstərdi ki, universitet qarşısında yalnız yeni tədris ilini başlamaq vəzifəsi dayanmır. Burada daha böyük missiya var – dövlətin 2026–2030-cu illər üçün müəyyən etdiyi aqrar inkişaf hədəflərinin həyata keçirilməsində öz payına düşən insan kapitalını hazırlamaq. Bu, adi missiya deyil. Bu, gələcəyin kənd təsərrüfatını yetişdirmək missiyasıdır. Torpağı daha məhsuldar, kəndi daha güclü, aqrar iqtisadiyyatı daha rəqabətqabiliyyətli etmək üçün ilk növbədə insanı – bilikli, bacarıqlı, yenilikçi insanı yetişdirmək missiyasıdır.

Sentyabrın 15-də ADAU-nun qapılarından içəri daxil olan o gənclərin hər biri bəlkə də hələ bu gün öz gələcək yolunu tam müəyyənləşdirməyib. Amma bir həqiqət artıq aydındır: onların qarşısında yalnız universitet auditoriyasına gedən yol deyil, Azərbaycanın gələcəyinə gedən yol açılıb. Məqalənin əvvəlində dediyim kimi, Bilik Günü universitetlərin qapılarının açıldığı gündür. Amma əslində, həmin gün daha böyük bir qapı açılır. Bu da bilikdən gələcəyə açılan qapıdır. ADAU-da 2 082 plan yerinin 100 faiz dolması isə göstərir ki, bu qapının qarşısında artıq minlərlə gənc dayanıb. İndi onların hər biri həmin qapıdan keçərək yalnız öz taleyini deyil, Azərbaycanın aqrar gələcəyinin yeni səhifələrini də yazmalıdır. O səhifələrin ən böyük adı yenə də bilik olacaq.
Qalib Rəhimli.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-09-2026
09:51 Neftin qiyməti ucuzlaşdı