“Moon Kids” uşaq bağçasının direktoruna hökm oxundu
Tarix: 16-09-2026 | Saat: 11:58
Bölmə:Karusel / Ölkə | çapa göndər

Çoxsaylı dələduzluq əməlləri törətməkdə təqsirli bilinən "Moon Kids" Uşaq Bağçasının təsisçisi və direktoru Havvaxanım Rüstəmovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
aia.az-ın "Unikal"a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Musa Abdınov müdafiə çıxışı edib.
Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin günahsız olduğunu bildirərək, məhkəmədən ona bəraət hökmünün çıxarılmasını xahiş edib.
Təqsirlöndirilən şəxs son söz dedikdən sonra məhkəmə hökmü elan edib.
Hökmə əsasən, Havvaxanım Rüstəmova 3 il müəyyən vəzifə hüququndan məhrum edilməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə onun cəzası 3 il sınaq müddəti seçilməklə şərti hesab olunub. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək qətimkan tədbiri ilə əvəz edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Fuad Musayev məhkəməyə təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Qeyd edək ki, "Moon Kids" Uşaq Bağçasının təsisçisi və direktoru Rüstəmova Havvaxanım İmamət qızı xeyli sayda insandan işə düzəltmə və digər məsələlərlə bağlı müxtəlif məbləğlərdə pul alaraq mənimsəməkdə ittiham olunub.
Rüstəmova Havvaxanıma qarşı Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə ittiham irəli sürülüb.
Havvaxanım Rüstəmovanın cinayət işi üzrə 133 nəfər zərərçəkmiş qismində tanınıb. Zərərçəkmişlər arasında Dövlət Sosial Müdafiə Fondu da var.
Havvaxanım Rüstəmovanın işi üzrə zərərçəkmiş şəxslərə 428 min 375 manat ziyan vurub.
Həvvaxanım Rüstəmova işçilərin sığorta ödənişindən yayınıb və bununla da o, Dövlət Sosial Fonduna 37 min manat ziyan vurub.
Ümumilikdə iş üzrə ziyan 465 min manat ziyan var.
Amma Həvvaxanım Rüstəmova həmin ziyanın böyük bir hissəsini ödəyib. Məhz bu səbəbdən o, ev dustaqlığına buraxılıb.
Havvaxanım Rüstəmova 2023-cü ildə "İlin ən uğurlu iş xanımı" nominasiyasına layiq görülüb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-09-2026
09:51 Neftin qiyməti ucuzlaşdı