Mobil versiya
Azərbaycan və BƏƏ arasında münasibətlərin möhkəmləndirilməsi müzakirə edildi
Tarix: 16-09-2026 | Saat: 09:42
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan və BƏƏ arasında münasibətlərin möhkəmləndirilməsi müzakirə edildi

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Əbu-Dabidə Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaşla görüşüb.

aia.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Görüşdə iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi yolları, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.

Tərəflər, həmçinin bölgədəki son hadisələri nəzərdən keçirdi və bu barədə fikir mübadiləsi apardılar”, - paylaşımda qeyd edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə