Azər Kərimli: “Azərbaycanın əldə etdiyi nailiyyətlərin əsasında xalqın birliyi və siyasi qətiyyət dayanır”
Tarix: 16-09-2026 | Saat: 10:43
Bölmə:Manşet / Siyasət | çapa göndər

“Dini liderlərin Qarabağa səfəri yaxın tariximizin həm ağrılı, həm də qürur doğuran səhifələrini eyni məkanda görmək baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Rəhbərləri Şurasının üzvləri və digər qonaqlarla görüşündə Qarabağ həqiqətlərinə geniş yer ayırması da təsadüfi deyil. Bu tarix beynəlxalq hüququn və ədalətin vacibliyini göstərir. Otuzillik işğal Qarabağ və Şərqi Zəngəzurda ağır izlər qoyub. Şəhər və kəndlərin dağıdılması, milli sərvətlərin talan edilməsi, insanların doğma yurdlarından qovulması həmin siyasətin nəticələri idi. Məscidlərin dağıdılması və dini məkanların təhqiri də həmin siyasətin mahiyyətini göstərirdi. Prezident İlham Əliyevin bu faktları dini liderlərin diqqətinə çatdırması Azərbaycan həqiqətlərinin İslam dünyasının nüfuzlu nümayəndələri tərəfindən yerində müşahidə edilməsinə imkan yaradır. Lakin qarşıdakı səfərin əhəmiyyəti yalnız dağıntıları görməklə məhdudlaşmır. Ağdam, Xocalı, Xankəndi və Şuşa bu gün həm də yenidən qurulan Azərbaycanın simvollarıdır. İndi həmin ərazilərdə yaşayış məhəllələri, yollar, məktəblər və digər infrastruktur yaradılır. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtması “Böyük Qayıdış” proqramının konkret nəticələrini ortaya qoyur. Artıq Qarabağ və Şərqi Zəngəzurun 48 şəhər və kəndində 90 mindən çox insan yaşayır.”
Bu fikirləri Milli Məclisin deputatı Azər Kərimli aia.az-a verdiyi açıqlamasında səsləndirib.

Millət vəkili qeyd edib ki, Azərbaycanın əldə etdiyi nəticələrin əsasında xalqın birliyi və siyasi qətiyyət dayanır: “44 günlük Vətən müharibəsində ərazi bütövlüyünün bərpası, daha sonra separatizmin aradan qaldırılması ölkənin öz hüquqlarını təmin etmək əzmində olduğunu göstərdi. Azərbaycan Bayrağının Qarabağ və Şərqi Zəngəzurun hər guşəsində ucaldılması milli yaddaş baxımından çox mühümdür. Eyni zamanda, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan müharibə zamanı mülki əhaliyə qarşı savaş aparmayıb. Bu mövqe hərbi Zəfəri humanist dəyərlərlə tamamlayır. Bu gün Azərbaycanla Ermənistan arasında sülh prosesinin davam etməsi də mühüm reallıqdır. Azərbaycan keçmişi unutmadan gələcəyə baxır. Xocalı qurbanlarının, dağıdılmış məscidlərin və məhv edilmiş mədəni irsin xatirəsi qorunur, eyni zamanda bölgədə uzunmüddətli sülhün bərqərar olması üçün siyasi iradə nümayiş etdirilir. Bakıda dini rəhbərlərin bir araya gəlməsi bu baxımdan daha geniş məna kəsb edir. İslam dünyasında qarşıdurmaların deyil, həmrəyliyin güclənməsi Azərbaycanın mövqeyində xüsusi yer tutur. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı və ICESCO çərçivəsində təşəbbüsləri, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi və gələn il Zirvə Görüşünün Bakıda keçirilməsi bu siyasətin ardıcıl olduğunu göstərir. Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq konfransla dini liderlərin toplantısının eyni vaxtda keçirilməsi də bu mənzərəni tamamlayır. Azərbaycanın zəngin mənəvi irsi, Türk dünyası ilə qardaşlıq münasibətləri və İslam aləminə açıq mövqeyi vahid yanaşmanın müxtəlif istiqamətləridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu imkanları milli maraqların qorunmasına, regional əməkdaşlığın genişlənməsinə və sülh mühitinin möhkəmlənməsinə yönəldir. Qarabağın dirçəlişi isə həmin siyasətin ən görünən nəticələrindən biridir” – deyə, Azər Kərimli açıqlamasını sonlandırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
16-09-2026
09:51 Neftin qiyməti ucuzlaşdı