Mobil versiya
Sabiq baş konsula cinayət işi açılıb - Qızıl qaçaqmalçılığı ittihamı
Tarix: 10-09-2026 | Saat: 12:19
Bölmə:Manşet / Ölkə | çapa göndər

Sabiq baş konsula cinayət işi açılıb

Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu qaçaqmalçılıqda ittiham olunur.

aia.az APA-ya isitnadən xəbər verir ki, sabiq konsul Sultan Qasımov külli miqdarda qızıl qaçaqmalçılığında təqsirləndirilir.

Cinayət işi prokurorluqda araşdırılıb. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb, cinayət işinin istintaqı yekunlaşıb və məhkəməyə göndərilib.

Yaxın zamanlarda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Qeyd edək ki, Sultan Məhəmməd oğlu Qasımov 2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk Baş konsulu təyin olunub, 2016-cı ildə isə Baş konsul vəzifəsindən geri çağırılıb.

O, 3 may 2016-cı ildə Azərbaycanın Sankt-Peterburq şəhərində Baş konsulu vəzifəsinə təyin edilib. 2024-cü il oktyabrın 21-də isə bu vəzifədən geri çağırılıb



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-09-2026