Mobil versiya
Məşhur yağ marketlərdən yığışdırılır: Tərkibində təhlükəli maddələr tapıldı
Tarix: 31-08-2026 | Saat: 20:21
Bölmə:Özəl | çapa göndər

Məşhur yağ marketlərdən yığışdırılır: Tərkibində təhlükəli maddələr tapıldı



Almaniyada satışda olan Trilya markalı zeytun posası yağının konkret partiyası təhlükəsizlik səbəbindən geri çağırılıb. Laboratoriya analizlərində məhsulda MOSH və MOAH kimi tanınan mineral yağ karbohidrogenlərinin yüksək miqdarda aşkarlandığı bildirilir.
Geri çağırılma bütün Trilya məhsullarına deyil, 4 litrlik, LS162703 partiya nömrəli və son istifadə tarixi 27 mart 2027-ci il olan zeytun posası yağına şamil edilir. Məhsulun distribyutoru Almaniyada fəaliyyət göstərən Altay GmbH-dir.
Məlumata görə, analiz nəticələrində müəyyən edilmiş göstəricilər tövsiyə olunan səviyyəni 10 dəfədən çox keçib. Xüsusilə MOAH qrupuna daxil olan bəzi birləşmələrin genetik materiala zərər verə və kanserogen xüsusiyyət daşıya bilməsi qida təhlükəsizliyi baxımından narahatlıq yaradır.
Sözügedən məhsulun Almaniyanın Baden-Vürtemberq və Şimali Reyn-Vestfaliya əyalətlərində satışa çıxarıldığı bildirilir. Həmin partiyadan yağ alan istehlakçılara məhsuldan istifadə etməmək və onu aldıqları mağazaya qaytarmaq tövsiyə olunur.
Vacib məqam budur ki, söhbət adi sızma zeytun yağından deyil, zeytun posasından hazırlanan prina yağından və yalnız göstərilən konkret partiyadan gedir. Digər Trilya məhsullarının geri çağırıldığı barədə məlumat yoxdur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-08-2026