Trampdan İranla bağlı diqqətçəkən etiraf: “Öz əlləri ilə bütün dəstəyi itirdilər”
Tarix: 31-08-2026 | Saat: 18:46
Bölmə:Özəl | çapa göndər

ABŞ Prezidenti Donald Tramp İranın Körfəz ölkələrinə endirdiyi zərbələrin Tehran üçün ciddi siyasi səhvə çevrildiyini bildirib. O, İranın bu addımla regionda malik olduğu müəyyən dəstəyi də itirdiyini söyləyib.
Tramp Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Küveytə yönələn hücumların region ölkələrini şoka saldığını qeyd edib. ABŞ Prezidenti hadisələrə təəccübləndiyini, lakin nəticədə İranın regional mövqelərinin zəifləməsini Vaşinqton üçün əlverişli hesab etdiyini açıq şəkildə ifadə edib.
İran daha əvvəl Körfəz ölkələrində yerləşən ABŞ hərbi obyektlərini raket və PUA hücumları ilə hədəfə aldığını bildirmişdi. Tehran həmin ölkələrin özlərini deyil, ərazilərində yerləşən Amerika hərbi infrastrukturlarını vurduğunu müdafiə edir. (aljazeera.com)
Trampın son açıqlaması göstərir ki, Ağ Ev İranın Körfəz ölkələri ilə münasibətlərinin pisləşməsini Tehranın regional təcridini dərinləşdirən və ABŞ-ın bölgədəki mövqeyini gücləndirə biləcək amil kimi qiymətləndirir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-08-2026