Mobil versiya
Maşını əlindən aldılar, pulu mənimsənildi, YOLDA QARŞISINI KƏSDİLƏR... – Nazirə MÜRACİƏT
Tarix: 31-08-2026 | Saat: 13:30
Bölmə:Ölkə | çapa göndər

Maşını əlindən aldılar, pulu mənimsənildi, YOLDA QARŞISINI KƏSDİLƏR... – Nazirə MÜRACİƏT


Sabunçu rayonu, Balaxanı qəsəbə sakini Əjdər Samir oğlu Məhərrəmov mütəşəkkil dələduzluq və qanunsuzluqla üzləşib. Onun sözlərindən bəlli olur ki, 2026-cı ilin avqust ayında “Turbo.az” elan saytı üzərindən 77-QJ-812 dövlət qeydiyyat nişanlı “Toyota Aqua” markalı minik avtomobilinin satışı ilə bağlı elan görüb.

Əjdər Məhərrəmov bildirib ki, elandakı nömrəyə zəng etdikdə özünü “Zaur” kimi təqdim edən şəxs avtomobili 5 min 300 manat ilkin ödənişlə verəcəyini, 25 aylıq lizinq-kredit borcunun aylıq 440 manat qaldığını deyib.

Özünün xaricə getdiyini bəhanə edən “Zaur” maşını 5 min manata güzəştlə verə biləcəyini söyləyərək, gələcək ödənişlər üçün onu “Hacı” deyə müraciət etdiyi bir şəxslə əlaqələndirib. Avtomobili “Çermet” ərazisində təhvil alan Əjdər Məhərrəmov avqustun 5-də ilkin beh kimi “Hacı” adlandırılan şəxsin verdiyi bank kartına 50 manat köçürüb. Növbəti gün maşın ustaya göstərilərkən nəqliyyat vasitəsində 1 500 manatlıq texniki nazaslıq müəyyən edilib. Bundan sonra "satıcılar" qiyməti 4 min 800 manata endirərək, ilk 2 ay ödəniş tələb olunmayacağını vəd ediblər. Daha sonra onlayn etibarnamə rəsmiləşdirilməsi bəhanəsi ilə daha 50 manat alan şəxslər, 6 avqust 2026-cı il saat 18:30 radələrində “Çermet” ərazisində 4 min 800 manat nağd pulu təhvil alıblar. Beləliklə, zərərçəkən ümumilikdə 4 min 900 manat xərcə düşüb.

Avtomobili taksi fəaliyyəti üçün istifadə etmək istəyən Əjdər Məhərrəmov “Hacı”dan texniki pasportun surətini və rəsmi müqavilə bağlanmasını tələb etdikdə müxtəlif bəhanələrlə qarşılaşıb. Avqustun 10-da müqavilə adı ilə əlavə 200 manat pul tələb olunub, avqustun 11-dən isə qarşı tərəf telefonlara cavab verməyərək əlaqəni tamamilə kəsib.

Ən dəhşətli hadisə isə avqustun 13-də baş verib. Mərdəkan istiqamətindən geri qayıdan Əjdər Məhərrəmovun idarə etdiyi avtomobilin qarşısını 77-LE-105 qeydiyyat nişanlı maşınla tanımadığı şəxslər kəsib.

Zərərçəkənin sözlərinə görə, avtomobilə oturan 3 nəfərdən biri dərhal maşının açarını əlindən alaraq nəqliyyat vasitəsinin başqasına məxsus olduğunu, aldadıldığını bildirib və onu zorla avtomobildən düşürüblər. Məsələni hüquqi müstəviyə keçirmək istəyən sürücü DİN-in “102” Xidmətinə və 12-ci Polis Bölməsinə məlumat verib, həmçinin Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə rəsmi ərizə təqdim edib.

Müttəhimlərin şəbəkə şəklində fəaliyyət göstərdiyini, mütəşəkkil dələduzluq və hədə-qorxu, zor tətbiq etmə ehtimallarının olduğunu vurğulayan Əjdər Məhərrəmov daxili işlər naziri Vilayət Eyvazovdan məsələni şəxsi nəzarətinə götürməsini xahiş edib:

“Məndən külli miqdarda pul alınıb, ardınca isə maşınım qanunsuz olaraq əlimdən alınıb. İstintaq çərçivəsində “Turbo.az”dakı elanın, “Zaur” və “Hacı” kimi təqdim olunan şəxslərin, pul köçürülən bank kartlarının, eləcə də yolda qarşımı kəsən 77-LE-105 dövlət nömrə nişanlı avtomobildəki şəxslərin kimliyinin müəyyənləşdirilməsini, vurulmuş maddi ziyanın ödənilməsini və təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edirəm”.

Şikayətçi iş üzrə zəng tarixçələrini, bank köçürmə qəbzlərini, telefon yazışmalarını və digər təkzibedilməz sübutları istintaq orqanına təqdim etməyə hazır olduğunu bildirir. musavat.com



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-08-2026