Moskvada yeni səfərbərlik ssenarisi: Kreml cəbhəyə daha 400 min nəfər göndərə bilər
Tarix: 31-08-2026 | Saat: 18:16
Bölmə:Özəl | çapa göndər

Rusiya-Ukrayna müharibəsinin uzanması fonunda Kremlin yeni genişmiqyaslı səfərbərlik dalğasına hazırlaşdığı iddia olunur. Yayılan məlumatlara görə, söhbət 300-400 min nəfərin əlavə olaraq hərbi xidmətə cəlb edilməsindən gedə bilər.
İddialara əsasən, Vladimir Putin müharibənin Donbasla bağlı qarşıya qoyulan minimum məqsədlərə çatmadan başa çatmasını təkcə hərbi məğlubiyyət deyil, öz hakimiyyəti üçün ciddi siyasi təhlükə kimi qiymətləndirir. Rusiya rəhbərliyinin müharibənin nəticələrindən narazı qala biləcək millətçi və müharibə tərəfdarı radikal qrupların reaksiyasından da ehtiyatlandığı bildirilir.
Ukraynanın Rusiya ərazisindəki neft emalı zavodlarına və digər strateji obyektlərə PUA zərbələrinin artması ölkə daxilində müharibənin təsirini daha çox hiss etdirməyə başlayıb. İnternet məhdudiyyətləri və təhlükəsizlik problemlərinin də cəmiyyətdəki gərginliyi artırdığı qeyd olunur.
Məlumatlarda Rusiya elitasının müəyyən hissəsində müharibənin uzanmasının iqtisadi resursları və siyasi imkanları tükəndirdiyinə dair narahatlığın gücləndiyi də iddia edilir.
Bunun fonunda Kremlin yeni eskalasiya mərhələsinə keçə biləcəyi, Ukraynanın enerji infrastrukturuna zərbələri artırmaqla yanaşı, cəbhəyə yüz minlərlə əlavə hərbçi göndərməyə çalışacağı bildirilir. Lakin 300-400 min nəfərlik yeni səfərbərliyin başlanması barədə hələlik rəsmi qərar açıqlanmayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-08-2026