Mobil versiya
Vüsal Nəsirli Rafael Məmmədova yüksək vəzifə verdi - FOTO
Tarix: 19-08-2026 | Saat: 13:55
Bölmə:Ölkə | çapa göndər

Vüsal Nəsirli Rafael Məmmədova yüksək vəzifə verdi - FOTO


Dövlət strukturlarında kadr dəyişiklikləri və yerdəyişmələr davam edir və bu dəfə kadr islahatları diqqətçəkən bir təyinatla yadda qalıb.

Cari ilin əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin Abşeron-Xızı regional filialına yeni rəhbər təyin olunan Rafael Zakir oğlu Məmmədov tutduğu vəzifədən ayrılaraq fəaliyyətini digər strateji qurumda davam etdirəcək.

Məlumata əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Vüsal Nəsirlinin müvafiq qərarı ilə Rafael Məmmədova qurum sistemində yeni və məsuliyyətli vəzifə həvalə olunub.

Belə ki, o, AAYDA-nın tabeliyində fəaliyyət göstərən Yolların Mühafizəsi Xidməti Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəis müavini təyin edilib.//Nocomment.az





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-08-2026