Mobil versiya
Mustafa Abbasbəyli vəzifəsindən azad olundu
Tarix: 18-08-2026 | Saat: 22:50
Bölmə:Ölkə | çapa göndər

Mustafa Abbasbəyli vəzifəsindən azad olundu


Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsindən azad olunub.

“aia.az” xəbər verir ki, Mustafa Abbasbəyli vəzifəsindən uzaqlaşdırılıb.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq.

Qurumdan bildirildi ki, Nazirliyin ümumi daxili strukturunun təkmilləşdirilməsi və kadr dəyişiklikləri ilə bağlı müvafiq proseslər həyata keçirilir. Proses yekunlaşdıqdan sonra məlumat təqdim olunacaq.

Qeyd edək ki, Mustafa Abbasbəyli 2024-cü ilin mayında Mədəniyyət Nazirliyinin Aparat rəhbəri təyin edilmişdi.

O, 2019- 2020-ci illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri, 2020-2024-cü illərdə Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri vəzifələrində çalışıb.

O həm də iqtisadiyyat nazirinin müşaviri Məmməd Abbasbəylinin qardaşıdır.

***

“aia.az”ın əldə etdiyi məlumata görə, Mustafa Abbasbəyli Nazirliyin Aparatında başqa vəzifəyə keçirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-08-2026