İranda Azərbaycan türklərinə TƏZYİQLƏR artır – Ziyalılar dünyaya SƏSLƏNDİ
Tarix: 19-08-2026 | Saat: 14:30
Bölmə:Ölkə / Dünya | çapa göndər

Xaricdə yaşayan 121 Güney Azərbaycanlı siyasi və sivil fəal, akademik və ziyalı İranda Azərbaycan türklərinin hüquqlarının vəziyyəti ilə bağlı birgə bəyanat yayıb.
aia.az xəbər verir ki, 15 ölkədə yaşayan şəxslərin imzaladığı bəyanatda İranda son dövrlərdə, xüsusilə ABŞ, İsrail və İran arasında baş vermiş hərbi toqquşmalardan sonra siyasi və sivil fəaliyyətə qarşı məhdudiyyətlərin sərtləşdirildiyi bildirilir.
Müxtəlif bölgələrdə çoxsaylı Azərbaycan türkü fəalın saxlanıldığı, barələrində cinayət işləri açıldığı və məhkəmə qarşısına çıxarıldığı qeyd olunub.
Bəyanatda Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Tehran, Əlburz, Ərdəbil, Zəncan, Qəzvin və Həmədan kimi əyalətlərdə Azərbaycan türkü fəalların həbslərə, təkrar çağırışlara və məhkəmə təqiblərinə məruz qaldığı vurğulanıb. Onların bir qisminin “dövlət təhlükəsizliyinə qarşı cinayət törətmək məqsədilə toplaşmaq və sövdələşmək”, “qanunsuz təşkilat yaratmaq və ya belə təşkilatlara üzv olmaq” və “rejim əleyhinə təbliğat aparmaq” kimi ittihamlarla mühakimə edildiyi bildirilib.
Müraciəti imzalayanlar fəalların məhkəmə prosesləri ilə bağlı da ciddi narahatlıq ifadə ediblər. Bəzi təqsirləndirilən şəxslərin seçdikləri vəkillə vaxtında əlaqə saxlaya bilmədiyi, iş materiallarını kifayət qədər araşdırmaq və müdafiəyə hazırlaşmaq imkanlarının məhdudlaşdırıldığı qeyd olunub. Həmçinin təhlükəsizlik orqanlarının təzyiqi, uzunmüddətli dindirmələr və təzyiq yolu ilə etiraf almağa cəhd göstərilməsi ilə bağlı iddialara diqqət çəkilib.
Bəyanatda habelə dinc mədəni, dil və ictimai fəaliyyətlərin cinayət təqibinə əsas olmamalı olduğu vurğulanıb. İmzaçılar fikir və ifadə azadlığı, dinc toplaşmaq və birləşmək hüquqları, ədalətli məhkəmə araşdırması, vəkilə çıxış, işgəncədən müdafiə və tibbi yardımdan yararlanmaq hüquqlarının təmin edilməsini tələb ediblər.
Sənəddə İranın Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta və İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakta tərəf dövlət kimi üzərinə götürdüyü öhdəliklər də xatırladılıb. Bildirilib ki, ictimai təhlükəsizliyin qorunması əsas insan hüquq və azadlıqlarının məhdudlaşdırılması və dinc fəaliyyətlərin cəzalandırılması üçün əsas kimi istifadə edilməməlidir.
Bəyanatda həbsdə olan bəzi Azərbaycan türkü fəalların səhhəti ilə bağlı narahatlıqlara da yer verilib. Onların bir qisminin tibbi yardıma, zəruri dərmanlara və ixtisaslaşmış müalicəyə çıxışla bağlı problemlərlə üzləşdiyi bildirilib.
Sənəddə hazırda həbsdə olduğu bildirilən Azərbaycan türkü fəalların adları da sadalanıb. Onların arasında Abbas Lisani, Araz Aman, Ayaz Seyfxah, Ayət Mehrəlibəyli, Bağır Hacızadə, Əbdüləziz Əzimi Qədim, Əli Babayi, Əli Vasıqi, Əmin Təqizadə, Fatimə Atəşi Xiyavi, Kərəm Mərdanə, Mahmud Ocaqlı, Məhəmməd Məliki, Mürtəza Pərvin, Rza Səlimi, Salar Tahir Əfşar, Səməd Heydəri, Siyamək Mirzayi, Tahir Nəqəvi, Vədud Əsədi və Yusif Kari də yer alır.
Bəyanat müəllifləri dövlətlərə, BMT-nin xüsusi məruzəçilərinə, BMT-nin İran üzrə Həqiqət Araşdırma Missiyasına, beynəlxalq təşkilatlara və insan hüquqları qurumlarına müraciət ediblər. Onlar Azərbaycan türkü fəalların vəziyyətinin yaxından izlənilməsini, məhkəmə proseslərinin müşahidə olunmasını, ədalətli məhkəmə standartlarının təmin edilməsini və saxlanılan şəxslərin sağlamlığının və insan ləyaqətinin qorunması üçün hüquqi və diplomatik imkanlardan istifadə edilməsini istəyiblər.
Üç dildə – Azərbaycan türkcəsi, ingilis və fars dillərində hazırlanan bəyanat dünyanın 15 ölkəsində yaşayan 121 Güney Azərbaycanlı siyasi və sivil fəal, akademik və ziyalı tərəfindən imzalanıb.musavat
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-08-2026
14:42 Sabah 38° isti olacaq
18-08-2026