Mobil versiya
Türkiyə XİN rəhbərindən Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı AÇIQLAMA
Tarix: 08-08-2026 | Saat: 22:53
Bölmə:Dünya | çapa göndər

Türkiyə XİN rəhbərindən Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı AÇIQLAMA


Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir.

"aia.az" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu” Agentliyinin redaktorları ilə dəyirmi masa müzakirəsi zamanı bildirib.

Türkiyə diplomatiyasının rəhbəri Bakı ilə İrəvan arasında sülhə doğru davam edən dialoqa diqqət çəkib. O, Cənubi Qafqazın Türkiyənin təhlükəsizlik arxitekturasına birbaşa təsir edən bölgələrdən biri olduğunu qeyd edib.

Ötən gün Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında müdafiə sahəsində imzalanan əməkdaşlıq müqaviləsinə toxunan nazir sözügedən təşəbbüsün İran daxil olmaqla digər dövlətlərə qarşı yönəlmədiyini vurğulayıb.

“Müqavilənin mətnində ümumi bir təhlükə mənbəyi göstərilməyib. Yəni heç bir dövlət bizə təhdid etmədikcə hədəfə alınmayacaq. Məqsəd regional proseslərdə daha çox məsuliyyəti öz üzərimizə götürməkdir. Regiondankənar qüvvələr problemləri həll etmir, daha da ağırlaşdırır”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, Ankara, Ər-Riyad və İslamabad regionda qeyri-sabitliyə son qoymağa, daha geniş inteqrasiyaya nail olmağa və region sakinlərinin rifahını yaxşılaşdırmağa çalışırlar.

“Saziş iki ildir hazırlanırdı. İmza atan ölkələr həmrəylik nümayiş etdirərək bir-birinin təhlükəsizliyini təhdid etməməyə söz veriblər”, - deyən nazir bildirib ki, üçtərəfli Məkkə Müdafiə Müqaviləsi Şimali Atlantika Müqaviləsinin (NATO Nizamnaməsi) “kollektiv müdafiə haqqında” 5-ci maddəsi ilə “texniki cəhətdən eynidir”.

Qafqaz regionundakı ölkələrlə oxşar müdafiə müqaviləsinin bağlanma ehtimalı barədə suala cavab olaraq H.Fidan qeyd edib ki, belə bir təşəbbüs lazım gələrsə həyata keçirilə bilər.

Nazir Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan müqaviləyə qoşulmaq istəyən ölkələrin olduğunu da açıqlayıb, lakin onların adlarını çəkməyib.

“İnanıram ki, Misir də sonrakı mərhələdə Alyansımıza qoşulacaq”, - deyə Türkiyənin xarici işlər naziri bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-08-2026