Aİİ sammitində Paşinyana sərt mesaj
Tarix: 08-08-2026 | Saat: 12:11
Bölmə:Dünya | çapa göndər

Ermənistan İhəm Moskvanı, həm Qərbi itirir...
Qırğızıstanda keçirilən Avrasiya Hökumətlərarası Şurasının toplantısı Ermənistanın xarici siyasətindəki ziddiyyətləri bir daha üzə çıxardı.Musavat.com erməıni mediasına istinadla xəbər verir ki, baş nazir Nikol Paşinyan bir tərəfdən Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əməkdaşlığın Ermənistan üçün iqtisadi və xarici siyasət prioriteti olduğunu bildirib, digər tərəfdən isə ölkəsinin Avropa İttifaqına yaxınlaşmaq kursunu davam etdirdiyini nümayiş etdirib.İrəvanın əsas problemi isə budur: geosiyasi qarşıdurmanın kəskinləşdiyi bir vaxtda həm Moskva, həm də Brüssellə paralel şəkildə münasibətləri inkişaf etdirmək getdikcə çətinləşir.
Paşinyan Aİİ toplantısında Ermənistanın ittifaqın ümumi büdcəsinə 2025-ci ildə təxminən 319 milyon dollar ödədiyini, əvəzində isə 175 milyon dollar civarında vəsait aldığını bildirdi. Baş nazir bununla yanaşı, Ermənistan məhsullarının Rusiyaya ixracında müxtəlif inzibati maneələrin olduğunu söylədi.Lakin bu rəqəmlər Ermənistanın Aİİ-dən əldə etdiyi iqtisadi faydanı tam əks etdirmir. Politoloq Qrant Mikaelyanın qeyd etdiyi kimi, son illərdə Ermənistanın Rusiyaya re-eksportu kəskin artıb və iki ölkə arasında ticarət dövriyyəsi rekord səviyyəyə yüksəlib. Deməli, Aİİ-nin Ermənistan üçün əhəmiyyəti yalnız ittifaq büdcəsindən alınan vəsaitlə ölçülə bilməz.Bu baxımdan Paşinyanın Aİİ-ni iqtisadi prioritet adlandırması ilə ittifaq mexanizmlərindən narazılıq bildirməsi arasında ziddiyyət görünür.
Ermənistan hökumətinin uzunmüddətli siyasi kursuna nəzər saldıqda isə əsas istiqamətin Brüssel olduğu açıq görünür.Qrant Mikaelyanın fikrincə, İrəvanın strateji məqsədi Aİ-yə üzvlükdür. Hazırda bunun real perspektivə çevrilməməsinin əsas səbəbi isə Ermənistanın istəksizliyi deyil, Avropa İttifaqının ölkəni üzvlüyə qəbul etməyə hazır olmamasıdır. Buna baxmayaraq, İrəvan siyasi kursunu Avropaya uyğunlaşdırmağa davam edir. Aİİ ölkələrinin Ermənistanın Aİ-yə üzvlük məsələsini referendum yolu ilə müəyyənləşdirməsini istəməsi də məhz bu qeyri-müəyyənliklə bağlıdır. Paşinyan isə belə referendumu hazırda mənasız hesab edir.Beləliklə, Ermənistan Aİ-yə üzvlüyü hədəf kimi saxlayır, lakin bunun üçün real təminat yoxdur. Eyni zamanda Rusiya ilə münasibətlər də əvvəlki səviyyədə deyil.
Moskvanın əsas narazılığı Ermənistanın iqtisadi münasibətləri qorumaqla yanaşı, siyasi və təhlükəsizlik baxımından Qərbə yaxınlaşmasıdır. "Alpha News"un baş redaktoru Tiqran Koçaryanın fikrincə, Rusiya artıq Paşinyana əvvəlki etimadı göstərmir və İrəvandan konkret addımlar gözləyir. Ermənistanda Avropa Siyasi Birliyinin toplantısının keçirilməsi, Qərb liderlərinin İrəvana səfərləri və Ukrayna Prezidenti Vladimir Zelenskinin Ermənistanda verdiyi mesajlar Moskvanın narahatlığını daha da artırıb.Rusiya üçün məsələ artıq yalnız iqtisadi əməkdaşlıqdan ibarət deyil. Moskva Ermənistanın hansı geosiyasi düşərgədə yer alacağını bilmək istəyir.
Ermənistan indiyədək həm Rusiya ilə iqtisadi əlaqələri qorumağa, həm də Qərblə siyasi yaxınlaşmağa çalışıb. Lakin Rusiya-Qərb qarşıdurmasının dərinləşməsi bu balans siyasətinin imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Politoloq Beniamin Matevosyanın fikrincə, Paşinyanın siyasəti vaxtilə Serj Sarkisyanın həyata keçirməyə çalışdığı balans kursunu xatırladır. Fərq ondadır ki, indiki hökumətin Qərbə meyli daha açıq və sərtdir.Nəticədə Ermənistanın qarşısında seçim getdikcə sərtləşir. Moskva daha aydın mövqe tələb edir, Brüssel isə İrəvana Aİ üzvlüyü üçün konkret perspektiv vermir.Bu vəziyyətdə Paşinyanın “həm Rusiya, həm Qərb” siyasəti sonda “nə Rusiya, nə də Qərb” nəticəsinə gətirib çıxara bilər.
İrəvanın əsas riski də budur: Moskvanın etimadını itirdikdən sonra Avropadan gözlədiyi siyasi təminatı ala bilməsə, Ermənistan özünü əvvəlkindən daha mürəkkəb və təcrid olunmuş geosiyasi vəziyyətdə tapa bilər.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-08-2026
07-08-2026
22:39 “Fənərbağça” “onu” tapdı