Bu ərazidə başqa ölkəyə aid HƏRBİ BAZA TAPILDI - CİDDİ TƏHLÜKƏ
Tarix: 08-08-2026 | Saat: 16:00
Bölmə:Dünya | çapa göndər

NASA-nın Qrenlandiyada apardığı radar uçuşları zamanı buz təbəqəsinin altında Soyuq müharibə dövründən qalma gizli ABŞ hərbi bazası aşkarlanıb.
aia.az xəbər verir ki, Danimarkaya məxsus Qrenlandiyada yerləşən “Camp Century” adlı kompleks buzların təxminən 30 metr dərinliyindədir.
ABŞ ordusu tərəfindən 1959-cu ildə inşa edilən Camp Century 1967-ci ildə tərk edilib. Kompleks 21 tuneldən ibarət olub və yeraltı şəhərin ümumi uzunluğu təxminən 3 kilometr təşkil edib.
Baza həm Arktikada elmi araşdırmalar aparmaq, həm də Soyuq müharibə dövründə hərbi məqsədlər üçün istifadə olunub. O dövrdə obyektin buz və qarın altında uzun müddət gizli qalacağı düşünülürdü.
İndi isə kompleksin tərk etdiyi tullantılar əsas narahatlıq doğurur. Məlumata görə, ərazidə böyük həcmdə dizel yanacağı və çirkab su, həmçinin kimyəvi maddələr və nüvə reaktorundan qalmış aşağı səviyyəli radioaktiv soyuducu mövcuddur.
Mütəxəssislər Qrenlandiyada iqlim dəyişikliyi səbəbindən buzların daha sürətlə əriməsinin gələcəkdə bu tullantıların səthə çıxması və ətraf mühitə yayılması riskini artırdığını bildirirlər.
Beləliklə, onilliklər ərzində buzların altında gizlənən hərbi kompleks bu dəfə hərbi fəaliyyətə görə deyil, iqlim dəyişikliklərinin yaratdığı yeni ekoloji risklər səbəbindən yenidən gündəmə gəlib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-08-2026