Hakan Fidan “Məkkə Sazişi”nin DETALLARINI AÇIQLADI: “NATO-nun 5-ci maddəsi ilə eynidir!”
Tarix: 08-08-2026 | Saat: 22:44
Bölmə:Dünya | çapa göndər

Türkiyənin xarici işlər naziri Hakan Fidan "Anadolu Ajansı"nın "Editör Masası" proqramında Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan yeni müdafiə müqaviləsi ilə bağlı açıqlamalar verib.
aia.az xəbər verir ki, jurnalistin “Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasındakı müdafiə sazişində NATO-nun 5-ci maddəsinə bənzər bir prinsip varmı?” sualına nazir belə cavab verib.
“Texniki cəhətdən bəli, bu, tam olaraq eyni şeydir. Təhlükəsizlik sazişləri də elə məhz buna görə bağlanır”.
H. Fidan bildirib ki, Türkiyənin Yaxın Şərq, Qafqaz, Aralıq dənizi hövzəsi və Avropa üçün də bənzər strateji mövqeyi var.
Onun fikrincə, Türkiyə bu tip əməkdaşlıqlar qurmaqla, dünyanın bütün hissələrinə diplomatik təsir gücünə malik yeganə NATO üzvünə çevrilir.
"Məsələn, Azərbaycanla Ermənistan yekun sülh sazişinə doğru irəliləyir və Ankara prosesi dəstəkləyir. Bu zaman təhlükəsizlik və iqtisadi perspektivlər yaranır. Zamanla Qafqazda da oxşar sazişin, müdafiə ittifaqının yaradılmasına ehtiyac ola bilər", - H. Fidan bildirib.
Xatırladaq ki, avqustun 7-də Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə haqqında Məkkə sazişini imzalayıb.
Sənədə əsasən, üç ölkədən hər hansı birinə edilən silahlı hücum müqavilənin bütün iştirakçılarına hərbi müdaxilə kimi qiymətləndiriləcək.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər