Mobil versiya
Miqrant böhranının arxasında BU ÖLKƏ DAYANIR - İspaniya buna görə CƏZALANDIRILIR
Tarix: 01-08-2026 | Saat: 18:58
Bölmə:Dünya | çapa göndər

Miqrant böhranının arxasında BU ÖLKƏ DAYANIR - İspaniya buna görə CƏZALANDIRILIR


Qərb xüsusi xidmət orqanları İspaniya ilə yaşanan münaqişə fonunda Mərakeş hakimiyyətinin Seutadakı miqrasiya böhranında ehtimal olunan iştirakını araşdırır.

aia.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Qərb kəşfiyyat xidmətlərindəki mənbələrdən əldə edilən məlumata görə, Mərakeş rəhbərliyi İspaniyanın baş naziri Pedro Sançesin addımlarından narazıdır.

Buna səbəb Sançesin Rabatın neft-qaz sahəsindəki əsas rəqibi olan Əlcəzairlə qaz tədarükünə dair müqavilələr bağlamağa çalışmasıdır.

Mənbələr qeyd edib ki, Seutaya miqrant axını başlamazdan az əvvəl sosial şəbəkələrdə İspaniya qanunvericiliyində Mərakeş ilə bu ölkənin muxtar şəhəri arasındakı sərhədi maneəsiz keçməyə imkan verən "boşluq" haqqında məlumatlar yayılmağa başlayıb.

Hazırda xüsusi xidmət orqanları internetdəki bu koordinasiyalı fəaliyyətin dövlət, yoxsa cinayətkar qruplaşma tərəfindən həyata keçirildiyini müəyyənləşdirmək üçün araşdırma aparır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-08-2026