Mobil versiya
Ən ağıllı və savadlı uşaqlar bu aylarda doğulurlar – ŞOK SƏBƏB
Tarix: 01-08-2026 | Saat: 16:30
Bölmə:Ölkə | çapa göndər

Ən ağıllı və savadlı uşaqlar bu aylarda doğulurlar – ŞOK SƏBƏB


Harvard Universiteti və Kvinslend Universitetinin tədqiqatçılarının 21 min uşaq üzərində apardıqları araşdırmada doğum ayı ilə koqnitiv inkişaf arasındakı əlaqə öyrənilib.

aia.az xəbər verir ki, nəticələrə görə, xüsusilə ilin son üç ayında - oktyabr, noyabr və dekabr aylarında dünyaya gələn uşaqlar idrak testlərində yaşıdları ilə müqayisədə bir qədər yüksək nəticələr göstəriblər.

Araşdırma çərçivəsində təxminən 21 min uşaq doğulduqları gündən etibarən 7 yaşına qədər izlənilib. Bu müddət ərzində onların koqnitiv bacarıqları, fiziki inkişafı və məktəb nailiyyətləri mütəmadi olaraq qiymətləndirilib.

Araşdırmanın nəticələrinə əsasən, oktyabr ayında doğulan uşaqlar idrak göstəricilərinə görə ön sıralarda yer alıblar. Alimlər hesab edirlər ki, bunun səbəbi birbaşa doğum ayı deyil, uşağın inkişaf mühiti və təhsil prosesi ilə bağlı amillər ola bilər.

Eyni zamanda noyabr ayında doğulan uşaqlar da yüksək idrak göstəriciləri ilə seçiliblər. Tədqiqatçılar bildirirlər ki, bu nəticələrə ətraf mühit və təhsil sisteminin xüsusiyyətləri də təsir göstərə bilər.

Araşdırmanın diqqətçəkən nəticələrindən biri də dekabr ayında doğulan uşaqların idrak testlərində uğurlu nəticələr nümayiş etdirməsi olub.

Müşahidələr göstərib ki, oktyabr, noyabr və dekabr aylarında doğulan körpələr yay aylarında doğulan yaşıdları ilə müqayisədə doğulduqları zaman orta hesabla bir qədər uzunboylu və çəkili olublar. Bundan əlavə, onların baş çevrəsinin də orta göstəricidən bir qədər böyük olduğu müşahidə edilib.

Tədqiqatçılar qeyd edirlər ki, qış aylarında doğulan uşaqların analarının hamiləliyinin son mərhələsi adətən yay mövsümünə təsadüf edir. Bu dövrdə günəş işığının daha bol olması nəticəsində D vitamini səviyyəsinin yüksəlməsi, həmçinin təzə ərzaqlara daha rahat çıxış dölün inkişafına müsbət təsir göstərə bilər. Bundan başqa, hamiləliyin ilk aylarının qrip və digər mövsümi virusların daha az yayıldığı dövrə düşməsi də inkişaf baxımından üstünlük yarada biləcək amillərdən biri kimi qiymətləndirilir.

Alimlər hesab edirlər ki, uşağın gələcək intellektual inkişafı yalnız doğum ayından asılı deyil, genetika, ailə mühiti, qidalanma, təhsil və sosial şərait kimi çoxsaylı amillərin birgə təsiri ilə formalaşır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-08-2026