Mobil versiya
İstirahət planı quranlar üçün: Rayon otellərinin qiymət siyahısı
Tarix: 01-08-2026 | Saat: 19:09
Bölmə:Ölkə | çapa göndər

İstirahət planı quranlar üçün: Rayon otellərinin qiymət siyahısı


Yay mövsümünün ən aktiv dövründə Azərbaycanın turizm bölgələrində yerləşən otellərin qiymətləri məlum olub.
aia.az-ın araşdırmasına görə, hazırda Quba, Qəbələ, Şəki, Şamaxı, İsmayıllı, Gəncə-Göygöl və Lənkəran istiqamətlərində 2 nəfər üçün 1 gecəlik yerləşmə qiymətləri oteldən və xidmət səviyyəsindən asılı olaraq 60-450 manat arasında dəyişir.

Ən yüksək qiymətlər "Quba Palace Hotel"də 380-420 manat, "Qafqaz Riverside Resort Hotel"də 320-420 manat, "Qafqaz Tufandağ Hotel"də 300-400 manat, "Marxal Resort & Spa"da 260-360 manat, "Shamakhi Palace Sharadil"də 260-380 manat, "Basqal Resort & Spa"da isə 250-450 manat təşkil edir.

Daha sərfəli seçimlər arasında Şəkidə yerləşən "Sheki Park" otelində qiymətlər 60-90 manat, "Karvansaray" otelində 80-120 manat, Qubadakı "Cardinal Hotel Quba"da 85-100 manat, Lənkərandakı "Khan Lankaran Hotel"də 90-150 manat, Gəncədəki "Vego Hotel"də isə 90-150 manat təşkil edir.

Turizm sektorunda fəaliyyət göstərən müəssisələrin təqdim etdiyi məlumatlara əsasən, rayon otellərinin əksəriyyətində 20 avqustdan sonra qiymətlərdə nisbətən enmə müşahidə olunacağı gözlənilir. Bununla yanaşı, bir çox oteldə avqust ayı ərzində 10-20 faiz həcmində endirim kampaniyaları da tətbiq edilir.

Qeyd edək ki, qiymətlər 2 nəfər üçün 1 gecəlik yerləşməyə aiddir və seçilən tarixə, otaq növünə, həmçinin otellərin mövsümi kampaniyalarına uyğun olaraq dəyişə bilər.(Milli.Az)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-08-2026