ABŞ İranda yaşayış evinə 1 tonluq AVİABOMBA ATDI
Tarix: 01-08-2026 | Saat: 18:39
Bölmə:Dünya | çapa göndər

ABŞ Ordusu İrana aid Qeşm adasında yaşayış evinə hava zərbəsi endirib.
aia.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti şənbə günü video, foto və peyk təsvirlərinin təhlillərinə istinadən məlumat yayıb.
İran mediasının verdiyi xəbərə görə, zərbədən sonra iki nəfər dağıntılar altında qalıb, lakin daha sonra onlar tapılaraq xəstəxanaya çatdırılıblar.
"ABŞ cümə günü Qeşm adasında bir ailənin evinə güclü bomba ilə zərbə endirib", - deyə xəbərdə bildirilir.
İran hakimiyyətinin verdiyi məlumata əsasən, hücum nəticəsində ailə başçısı, həyat yoldaşı və onların iki yaşlı oğlu həlak olub, digər iki uşaq isə dağıntılar altından sağ çıxarılıb.
"Kraterin ölçüsü və sursatın qalıqları təxminən 900 kiloqram çəkisi olan "Mark-84" bombasından istifadə edildiyini göstərir. Bu, ABŞ ordusunun arsenallarında olan ən iri adi aviabombalardan biridir", - deyə məlumatda qeyd olunur.
Qəzet yazır ki, bu hadisə ABŞ-ın İrandakı hərbi əməliyyat zamanı hansı hədəfləri vurduğu və nə üçün bu qədər güclü sursatlardan istifadə etdiyi ilə bağlı suallar doğurur.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəsmi nümayəndəsi Tim Hokins baş verənlərlə bağlı araşdırma aparıldığını bildirib:
"Biz bu məlumatlardan xəbərdarıq və onları öyrənirik. ABŞ hərbçiləri heç vaxt mülki şəxslərə zərbə endirmir", - deyə onun sözləri məqalədə sitat gətirilir.
Təhlillər göstərir ki, dağıntılar və zədələnmiş nəqliyyat vasitələri bir neçə metr aralıda tapılıb və İran hakimiyyəti təxminən 20 evə ziyan dəydiyini bildirib.
"Zərbə adanın Hörmüz boğazında yerləşən sıx məskunlaşmış rayonuna endirilib", - deyə məlumatda vurğulanır.
Nəşr qeyd edir ki, aparılan təhlillər nəticəsində məhv edilmiş evin yaxınlığında hər hansı İran hərbi obyektinə rast gəlinməyib.
ABŞ prezidenti Donald Tramp iyulun 8-də bildirib ki, iyunun 18-nə keçən gecə İranla əldə olunmuş atəşkəs artıq qüvvədə deyil. ABŞ hərbçiləri iyulun 8-dən bəri İrana qarşı bir neçə zərbə dalğası həyata keçirib. ABŞ Mərkəzi Komandanlığı bunun Tehranın Hörmüz boğazını keçən kommersiya gəmilərinə qarşı hərəkətlərinə cavab olaraq edildiyini bildirib.
İran hərbçiləri isə Yaxın Şərqin bir sıra ölkələrində yerləşən ABŞ bazalarına zərbələr endirməklə cavab veriblər. Tehran həmçinin Vaşinqtonu hərbi əməliyyatların dayandırılması haqqında memorandumun şərtlərini pozmaqda ittiham edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-08-2026
19:54 Lerikdə zəlzələ oldu