Mobil versiya
Sevil Əliyeva: “2017-ci ildən Bakıda, ata evimdə yaşayıram”
Tarix: 01-08-2026 | Saat: 17:00
Bölmə:Ölkə | çapa göndər

Sevil Əliyeva: “2017-ci ildən Bakıda, ata evimdə yaşayıram”


Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın son açıqlaması diqqət çəkib.

aia.az bildirir ki, uzun illər xaricdə yaşayan Sevil Əliyeva hazırda 2017-ci ildən etibarən Bakıda, ata evində yaşadığını açıqlayıb.
O, sosial şəbəkə hesabında ünvanına ünvanlanan xoş sözlərə və göstərilən diqqətə görə təşəkkürünü bildirib:

“Əziz bacı və qardaşlar, Mənə göstərdiyiniz diqqətə, ünvanıma söylədiyiniz xoş sözlərə, səmimi arzulara və daim hiss etdiyim dəstəyə görə hər birinizə ürəkdən təşəkkür edirəm. Bu səmimi münasibət və sevgi mənim üçün çox dəyərlidir.

Uzun illər xaricdə yaşadığım üçün bir çox insanlar hələ də mənim Azərbaycandan kənarda olduğumu düşünürlər. Məlumat üçün bildirmək istəyirəm ki, 2017-ci ildən etibarən Bakıda, ata evimdə yaşayıram və həyatımı doğma Vətənimdə davam etdirirəm. Hər birinizə möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik və uğurlar arzulayıram”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-08-2026