Mobil versiya
Ölən miqrantların sayı 67-yə çatdı
Tarix: 01-08-2026 | Saat: 20:30
Bölmə:Dünya | çapa göndər

Ölən miqrantların sayı 67-yə çatdı


Mərakeşdən İspaniyaya məxsus Şimali Afrika şəhəri Seutaya keçən qanunsuz miqrantların böyük əksəriyyətinin geri qayıtdığı bildirilir. Son məlumata görə, 69 min 500-ə yaxın miqrant Mərakeşə qayıdıb, həyatını itirənlərin sayı isə 67-yə yüksəlib.

“aia.az” xəbər verir ki, bu barədə EFE agentliyi təhlükəsizlik mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, son 30 saat ərzində təxminən 69 min 500 nəfər Mərakeşə geri dönüb. Gecə saatlarında Seutaya qanunsuz keçidlə bağlı yeni cəhd qeydə alınmayıb.

İspaniyanın Daxili İşlər Nazirliyi Mərakeşdən Seutaya keçməyə çalışarkən həyatını itirən miqrantların sayının 67-yə çatdığını açıqlayıb.

Taraxal sərhəd-keçid məntəqəsində təhlükəsizlik tədbirləri daha da gücləndirilir. Məlumata görə, ərazidə əlavə təhlükəsizlik baryerlərinin quraşdırılmasına başlanılıb.

“El Pais” qəzetinin yazdığına görə, İspaniyanın Baş naziri Pedro Sançes Avropa Komissiyasının sədri Ursula fon der Leyenə məktub ünvanlayıb.

Məlumata əsasən, Sançes məktubunda Seutada baş verən hadisələrdən sonra bəzi Avropa İttifaqı ölkələrinin İspaniyaya münasibətini tənqid edib və bütün üzv dövlətlərin daxili işlər nazirlərinin iştirakı ilə təcili toplantının keçirilməsini təklif edib.

Qeyd edək ki, iyulun 30-da Mərakeşin Fenidek sahillərindən minlərlə miqrant İspaniyaya məxsus Seutaya üzərək və ya piyada keçməyə cəhd edib. Bundan sonra İspaniya hökuməti bölgəyə əlavə hərbi qüvvələr göndərərək sərhəd təhlükəsizliyini gücləndirib.

Rəsmi Madrid əvvəlcə son 24 saat ərzində 49 mindən çox insanın Seutaya daxil olduğunu açıqlamışdı. Sonrakı məlumatlarda isə bu rəqəmin xeyli artdığı və geri qayıdanların sayının 69 min 500-ə çatdığı bildirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-08-2026