Ekspert "detoks çayları" ilə bağlı ehtiyatlı olmağa çağırır
Tarix: 21-07-2026 | Saat: 20:35
Bölmə:Özəl | çapa göndər

Son illərdə "detoks çayları" adı ilə satışa çıxarılan məhsullar arıqlamaq və orqanizmi zərərli maddələrdən təmizləmək vədləri ilə geniş yayılıb. Bununla yanaşı, mütəxəssislər bu məhsulların təsiri ilə bağlı iddiaların əksəriyyətinin elmi cəhətdən kifayət qədər sübuta yetirilmədiyini bildirirlər.
Qida eksperti Ağa Salamovun sözlərinə görə, sağlam insan orqanizmi zərərli maddələrin xaric edilməsini təbii şəkildə qaraciyər, böyrəklər, ağciyərlər və bağırsaqlar vasitəsilə həyata keçirir. O qeyd edir ki, bu proses üçün xüsusi "detoks" məhsullarından istifadə zəruri hesab olunmur.
Ekspert bildirir ki, bazarda satılan bəzi detoks çaylarının tərkibində işlədici və ya sidikqovucu təsir göstərən bitki komponentləri mövcuddur. Onun sözlərinə görə, bu səbəbdən müşahidə olunan qısamüddətli çəki azalması əsasən su və elektrolit itkisi ilə bağlı olur və bədən piyinin azalması anlamına gəlmir.
Ağa Salamov hesab edir ki, belə məhsulların uzun müddət və həkim məsləhəti olmadan istifadəsi susuzlaşma, elektrolit balansının pozulması, bağırsaq fəaliyyətində problemlər və bəzi dərmanlarla qarşılıqlı təsirlər kimi risklər yarada bilər.
Ekspertin fikrincə, çobanyastığı, cökə, kəklikotu, nanə və itburnu kimi ənənəvi bitki çayları gündəlik maye qəbulunun artırılmasına və sağlam qidalanma rejiminin bir hissəsi kimi istifadə oluna bilər. Bununla belə, o vurğulayır ki, bu çaylar da orqanizmi "detoks" etdiyini sübut edən elmi dəlillərə malik deyil.
Mütəxəssis sağlam həyat tərzinin əsasını balanslı qidalanma, kifayət qədər su qəbulu, müntəzəm fiziki aktivlik və keyfiyyətli yuxunun təşkil etdiyini qeyd edərək, qısa müddətdə nəticə vəd edən məhsullara ehtiyatla yanaşmağı tövsiyə edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-07-2026